"Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi -

"Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Tərəqqi İB tərəfindən "Məcburi köçkün gənclərin məşğulluğunun təmin olunması və peşə hazırlığının gücləndirilməsi" layihəsi çərçivəsində Oğuzda məcburi köçkün gənclərə təlim təşkil edilib.
İlk öncə çıxış edən layihə rəhbəri Səadət Məhərrəmova layihə haqqında, təşkil edilmiş təlim haqqında məlumat verdi. Həmçinin vurğuladı ki, təlimlərin nəticəsi olaraq əldə ediləcək biliklər gənclərə icmaların yaxşılaşdırılmasına töhfə vermələrinə, uğurlu layihələr tərtib etmələrinə və həyata keçirmələrinə kömək edəcəkdir. Eyni zamanda qeyd etdi ki, həyata keçirilən təlimlər gənclərə ünsiyyət, məsuliyyət, özünə inam, intellekt və qərar qəbul etmə kimi liderlik xüsusiyyətləri qazanmalarına səbəb olacaqdır.
Sonra təlimçi Yaşar Hümbətov iştirakçılara ehtiyacların müəyyən edilməsi və qiymətləndirilməsi, layihə tərtib etmə və layihənin dəyərini əks etdirən büdcənin hazırlanması, ictimai birliklərin yaradılması, icma səfərbərliyinin formalaşdırılması, layihə təklifi yazılışı istiqamətində geniş məlumat verdi.
Yekunda iştirakçıları daha çox maraqlandıran mövzular ətrafında müzakirələr aparıldı.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !