Sorğu: - İstifadəçilərin üçdə biri dostlarını və valideynlərini smartfona dəyişərdi

Sorğu: İstifadəçilərin üçdə biri dostlarını və valideynlərini smartfona dəyişərdi

 “Kaspersky Lab” şirkətinin sifarişi ilə Vürtsburq və Notingem Trent universitetləri tərəfindən keçirilmiş eksperimentin iştirakçılarıbildirib ki, smartfon onlara qohum və dostlarda daxil olaraq bir sıra insandan daha yaxın və dəyərlidir. Belə ki, sorğu iştirakçılarının üçdə birhissəsindən çoxu (37%) qeyd edib ki, telefon öz əhəmiyyətinə görə dostlarla eyni səviyyədə və ya daha yüksək pillədə yer alır. İştirakçıların 29%-i öz smartfonlarına valideynlərinə verdikləri qədər, 21%-i isə yoldaşlarına verdikləri qədərəhəmiyyət göstərir. Təəccüblüdür ki, iştirakçıların təxminən 17%-i etiraf edib ki, smartfon onlara insanlardan daha yaxındır, 1%-i isə qeyd edib ki, onların həyatında telefondan vacib heç bir şey yoxdur.

Lakin bununla yanaşı, keçirilən eksperimentdə tədqiqatçılar aydınlaşdırıblar ki, telefona qarşı sevgi və bağlılıq hissi insanları onun təhlükəsizliyini təmin etməyə məcbur etmir. Sorğu iştirakçılarının 93%-i təşkılatçılara rahatlıqla telefonlarının PİN-kodunu təqdim edib və beləliklə, telefon yaddaşında olan bütün fərdi məlumatları risk altına atıblar.

Vürtsburq Universitetinin mediapsixoloqu Astrid Karolus (Astrid Carolus)tədqiqat nəticələrini şərh edərək bildirib: “Telefonlar həyatımızın ayrılmaz hissəsidir və həyata keçirilmiş eksperiment bunu bir daha təsdiqlədi. Smartfonlara qarşı dostyana münasibətimiz göstərir ki, biz həddən artıq cansız obyektə bağlanırıq və onun bizim üçün insanlardan daha əhəmiyyətli olduğuna inanırıq. Buna görəPİN-kodu asanlıqla əldə etdiyimizə xeyli təəccübləndik. Eksperimentin məğzi ondan ibarət idi ki, biz insanları gözləmə otağında gözləməyə xahiş etdik, bir müddət sonra isəonlara yaxınlaşdıq və boylarını və telefon PİN-kodlarını soruşduq. İnsanların əksəriyyəti bu məlumatı bizə düşünmədən təqdim etdi. Bucür vəziyyət narahatlıq doğurur, belə ki, analoji davranış bizim öz rəqəmsal dostlarımızı təhlükəyə atmağa hazır olduğunu göstərir”.

“Kaspersky Lab”ın Rusiya Tədqiqat Mərkəzinin rəhbəri Yuri Namestnikov kibertəhlükəsizik baxımından eksperimenti belə qiymətləndirib: “Ötən il biz “Rəqəmsal amneziya” adlı tədqiqat keçirdik. Tədqiqatımızonu göstərdi ki, biz cihazlarımızda saxlanılan məlumatı unutmağa meylliyik. Bu dəfə eksperiment telefonlara qarşı güclü emosional bağlılığımızı təsdiq etdi. Qeyd etmək lazımdır ki, söhbət məhz smartfonlardan gedir, çünki eksperimentin nəticəsinə əsasən, insanlar noutbuk və oxşar şəxsi məlumat bazasına malik digər cihazları özündən daha uzağa yerləşdirirlər.Olduqca simvolik nəticədir, belə ki, smartfonlar həqiqətən də bizim kompanyonumuzdur və daim əlimizin altındadır. Ola bilsin ki, məhz bu emosional əlaqə insanlara smartfonları müdafiə etməyə mane olur: onlar smartfonları özlərinin davamı kimi hiss edir və onların kibertəhlükələrə məruz qaldığını düşünmür”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !