"Gənc İstedadlar" liseyinin şagirdləri Şəkiyə ekskursiya ediblər - FOTO

"Gənc İstedadlar" liseyinin şagirdləri Şəkiyə ekskursiya ediblər FOTO

Bakı Dövlət Universitetinin nəzdində faliyyət göstərən "Gənc İstedadlar" liseyinin 6b sinif şagirdləri sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı və rəhbərliyi ilə Azərbaycanın qədim şəhərlərindən olan Şəkiyə ekskursiya ediblər.
Şagirdlər Şəki Xan Sarayı, Karvansaray, Kiş Tarixi-Memarlıq Qoruğu, Tarix-diyarşünaslıq və Xalq Tətbiqi Sənəti muzeyində olublar. Şagirdlərə 2016-cı ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şəkinin tarixi, dünya əhəmiyyətli tarixi-memarlıq abidələri, milli mətbəxi, ənənəvi olaraq hər il keçirilən beynəlxalq festivallar haqqında ətraflı məlumat verilib.
Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər onlar maraqlandıran bir çox suallara cavablar tapıblar.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !