Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər - FOTO

“Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər” FOTO

İyunun 23-da Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət və biznes, təşkilatlar və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması: Kibertəhdidlər, risklər və problemlər” mövzusunda dəyirmi masa tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkiltalarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunub.

Tədbiri giriş nitqi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov açaraq müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən bəhs etmişdirlər.

Tədbirdə “Neuron Technologies” şirkətinin kibertəhlükəsizlik departamentinin əməkdaşları Əlihüseyn Əliyev və Elşad Şiriyev təqdimatla çıxış edərək özəl qurumların və təhsil müəssisələrinin, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və müdafiə vasitələri haqqında, eyni zamanda mövcud kibertəhdidlər, risklər və problemlər barəsində, o cümlədən təhsilin elektron idarə edilməsi sistemlərinin informasiya təhlükəsizliyi barəsində tədbir iştirakçılarını məlumatlandırmışdırlar.


50 nəfərdən çox universitet əməkdaşlarının, tələbələrin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məslələrinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılmışdır.

Kibertəhlükəsizlik məsələləri ilə bağlı həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsi məqsədini daşıyan bu tədbir nəticəsində tədbir iştirakçıları, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi sahəsində aparılan islahatlar, dövlət və biznes strukturlarının, təşkilatların və fərdlərin formalaşmış elektron informasiya resurslarının qorunması üsulları və mövcud kibertəhdidlər, milli kibertəhlükəsizlik sisteminin möhkəmləndirilməsi və bununla bağlı respublikamızın beynəlxalq qurumlarla əməkdaşlıq fəaliyyəti barəsində əhəmiyyətli məlumatlar əldə etdilər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !