Qənirə Paşayeva AŞ-nin baş katibinə Suriya və İraq Türkmənlərinin çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa çağırıb -

Qənirə Paşayeva AŞ-nin baş katibinə Suriya və İraq Türkmənlərinin çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa çağırıb

Millət vəkili Q.Paşayeva AŞ-nin baş katibinə Suriya və İraq Türkmənlərinin çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa çağırıb.
AŞ-nın baş katibi T.Yaqland AŞPA sessiyasında Lideral Qrupun toplantısında millət vəkillərinin suallarını cavablandırdığı zaman millət vəkili Q.Paşayeva baş katibə Suriya və İraq Türkmənlərinin çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa çağırıb. Q. Paşayeva Suriya və İraq Türkmənlərinin ağır vəziyyətindən, üzləşdiyi problemlərdən və Avropanın onlara qarşı duyarsızlığından danışıb, köçkün Türkmənlərin AŞPA,Avropa ölkələrinə və AŞ baş katibinə çağırışını səsləndirib. İraq və Suriya Türkmənləri ilə bağlı çıxış edən millət vəkili Q.Paşayeva:" Cənab baş katib mən bir neçə gün əvvəl Türkiyəfə İraq və Suriya Türkmənlərinin təmsilçiləri ilə yenidən görüşdüm. Eyni zamanda Türkiyə-İraq və Türkiyə-Suriya sərhəddində İraq və Suriyadan köçkün düşmüş türkmənlərlə görüşüdüm və onlar səslərini, sizə söyləmək istədiklərini, çağırışlarını sizə çatdırmamızı istədilər. Çox çətinliklər içərisindədirlər. On minlərlə Suriya və İraq Türkməni evini tərk etmək məcburiyyətində qalıb. Çox böyük faciələrlə üz-üzədir Suriya və İraqdakı Türkmənləri. Amma Suriya və İraqdakı Türkmənlər Avropadan və təşkilatımızdan heç bir ciddi dəstək görmürlər. Suriya və İraq Türkmənlərinin fəryadını, acılarını sizə çatdırmaqla yanaşı onların çağırışlarını da səsləndirmək istəyirəm. Suriya və İraq Türkmənləri AŞPA-dan, Avropa qurumlarından və Avropa ölkələrindən daha çox dəstək gözləyirlər. Mən sizi onlara dəstəyə çağırıram. Onlara hər cür maddi dəstəklə yanaşı siyası dəstəyin də artmasına ehtiyac var. Onlar AŞ-dan və bir baş katib kimi sizdən onları köçkün salan səbəblərlə mübarizədə səylərinizi daha da artırmağa çağırırlar. Bu səbəblərlə müzarizə artmasa köçkün insanların sayı daha da artacaq. O insanlar Avropa Şurası da daxil olmaqla Avropa qurumlarını bu qədər laqeyid olmamağa və köçkünlərə dəstəyi daha da artırmağa çağırırlar".Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin ağır vəziyyəti, yaşadıqları faciələr, minlərlə türkmənin köçkün düşməsi, köçkün türkmənlərin üzləşdiyi problemlərdən də danışaraq Avropanın onlara laqeyid münasibətini tənqid edib və AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb: "Cənab baş katib onlar sizdən dəstək gözləyirlər. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən də köçkünlərin çağırışlarına qoşularaq Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri Suriya Türkmənlərinə yardım etməklə yanaşı onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram". AŞ baş katibi T.Yaqland millət vəkili Q.Paşayevanın fikirləri ilə razılaşıb. O deyib ki, AŞ, bütün Avropa qurumları, ölkələrinin, bütün beynəlxalq təşkilat və ictimaiyyətin Suriya və İraqdan köçkün düşmüş insanlara dəstəyinin daha da artmasına ehtiyac var. Eyni zamanda insanları köçkün salan səbəblərlə mübarizə də ciddi güclənməlidir. AŞ baş katibi təşkilat rəsmisi kimi bu məsələlərlə bağlı səylərini daha da artıracağını söyləyib. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !