Uber Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək -

“Uber” Bakıda istifadəçilərə idman avtomobilləri təqdim edəcək

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Bakının sakinləri və qonaqlarına idman avtomobillərində şəhər daxilində səyahət etmək təcrübəsini bəxş edəcək.

Bu ilin iyulun 2-də saat 12:00-dan 18:00-dək “Uber” şirkəti “Audi R8” və ya “Maserati GT” sportkarlarını şəxsi sürücü ilə istifadəçilərin qapısına göndərəcək. Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhərdə tam pulsuz gəzmək imkanı əldə eəcək. Sportkarla pulsuz gəzmək və o həyəcanı yaşamaq üçün “Uber”tətbiqini mobil telefona yükləmək (“AppStore”, “Google Play” və “Windows Market”də mövcuddur), BAKUSUPERCARS promokodudaxil etmək və tətbiqin “Promokpdlar” bölməsində “SuperCar” opsiyasını seçərək sifariş etmək lazımdır.

Sifarişdən sonra sürücülər sifariş zamanı qeyd olunan ünvana gələcək. #BakuSUPERCARS-da iştirak etmək istəyənlərin sayının çox olmasını nəzərə alaraq“Uber” bir qədər səbr edib və bir daha sifariş verməyi xahiş edir. Superavtomobilsizi qeyd etdiyiniz ünvandan götürəcək, 15 dəqiqə ərzində şəhər daxilində gəzdirəcək və geri qaytaracaq. “Uber” istəyirik ki, sözügedən gəzinti istifadəçilərə unudulmaz anlar yaşatsın və məhz bu səbəbdən avtomobillər şəhərdə bir ünvandan digər ünvana getmək üçün nəzərdə tutulmayıb – bunun üçün “uberX”dən yararlanmaq olar. Superkar bir sərnişin götürə bilər, çünki avtomobillərin ümumi sərnişin tutumu iki nəfərlikdir.

İstifadəçilər #BakuSUPERCARS təəssüratları ilə #BakuSUPERCARS heşteqi ilə “Twitter”, “Instagram” və ya “Facebook”da dostları ilə paylaşaraq sosial şəbəkələrdə foto və video ilə bölüşə bilər.

Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !