Bəybala Sultanov: - Yaddaşlarda qalan ağsaqqal və əmək qəhrəmanı

Bəybala Sultanov: Yaddaşlarda qalan ağsaqqal və əmək qəhrəmanı

“ Qocalıq, xəstəlik və ömrün son günləri...” müdriklərin dediyi bu kəlamların ağırlığını cavanlar bir o qədər də dərindən dərk edıb, başa düşə bilməzlər. Çünki ömrününün bahar dövrünü yaşayan cavanlar bəlkə də insan həyatının son mərhələləri haqqında düşünmürlər. Axı cavanlığını şirin xatirələri ilə yaşayanlar heç istəməzlər ki, mindikləri köhlən atını nə vaxtsa qocalıq atı ilə əvəz etsinlər.
Müdrik ulularımız insan ömrünün uşaqlıq, yeniyetməlik, gənclik, cavanlıq, ahıllıq, müdriklik və qocalıq kimi mərhələlərə bölünməsindən tarixlər boyu yazıblar və vəsiyyət kimi bizim üşün qoyub gediblər. Onu da yaxşı bilirik ki, bu dünya fanidir. Ömrün qayğı və şirin xatirələrlə əhatə olunmuş bütün mərhələlərini adlayıb keşmək heç də hamıya qismət olmur. Çünki, indiki zamanda texnikanın inkişaf etdiyi, insanların güzəranının ağır olduğu və yer kürrəsini müharibələr öz caynağına aldığı, şarəsi olmayan xəstəliklərin çoxaldığı vaxtlarda az adam tapılır ki, indiki zamanda ömrün son mərhələsi hesab edilən qocalıq pilləsinə- 80 və ya daha çox yaş mərhələsinə çatıb, gümrah yaşaya bilsin.
Haqqında yazmaq istədiyim şəxs də, əvvəllər Abşeron rayonunda, daha sonra isə Xızı rayonunda fəaliyyət göstərmiş Şurabad südşülük sovxozunda baş çoban, sonra isə Fermer təsərrüfatının başçısı kimi çalışmış Əlisəfa Əliheydər oğlu Yaqubov da ömrünün son mərhələsinə yaxinlaşsa da, əfsus ki, həmin zirvəyə qalxa bilmədi. O da bir çoxları kimi Ulu Tanrının ona verdiyi ömür payının yalnız 79 ilini yaşaya bildi və həyatla vidalaşıb, haqq dünyasına qovuşdu. Əslində Əlisəfa Yaqubovun 79 yaşında dünyasını dəyişməsinə heç inanmaq da olmur. Çünki o, tam sağlam insan idi. Necə deyərlər beli əyilməmiş, ağzındakı dişləri tökülməmiş, bir sözlə tam sağlam insan idi və öz Fermer təsərrüfatını da özü yüksək səviyyədə idarə edirdi. Hətta Hacı Əlisəfanın yaşının bu vaxtında əmək qabiliyyətini itirməməsinə, yaddaşının, düşüncəsinin itiliyinə qibtə edənlər də çox idi. Ona görə də gözləmək olardı ki, bu əmək bahadırı daha bir xeyli illər gümrah yaşaya bilər. Amma çox təəssüf... Ömrü boyu bir dəfə də xəstələnməyən və həkimə müraciət etməyən Hacı Əlisəfa birdən-birə yataq xəstəsinə çevrildi. Həyatda çox mübariz, nikbin insan olan Hacı Əlisəfa həyatin bütün sərt üzlərinə qalib gəlsə də, bu dəfə xəstəliyə qalib gələ bilmədi. Beləkiklə, çox hiddətlə gələn xəstəlik ona aman vermədi... 2016-cı ilin may ayının 24-də Hacı Əlisəfa haqq dünyasına qovuşdu.
İyul ayının 2-də Hacı Əlisəfa Yaqubovun dünyasını dəyişməsinin 40 günü tamam olur. Gör 40 gün nə tez gəlib keçdi...
Bu yerdə şair Əvəz Mahmud Lələdağın bu fəlsəfi sözləri yada düşür:
-Mən kiməm, Ya Rəbbim fərman sənindir,
Xəstəyə şəfa verən dərman sənindir.
Sənin əlindədir ömrün sükanı,
Əcəldən canını qurtaran hanı?
...İnsan ömrünün elə ağır saatları, günləri, illəri olur ki, bütün həyatı boyu unudulmur. Həmin anlar xatirəyə dönüb, yada düşəndə bəzən o anları təəssüflə yada salırsan. Müdriklərin dediyi kimi “ötən günlər yada düşür, unudulmuş mahnının qiriq notları kimi”. Amma çox təssüf ki, hər şeyi yada sala bilmirsən...
Hacı Əlisəfa Yaqubov çox mənalı bir ömür yaşadı. O, Sovet dönəmi dövründə çox sayılıb-seçilən insanlardan biri idi. O, ilk dəfə doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçiləndə həm ozünün, həm ailəsinin və həm də rayon camaatının sevincinin bəzi epizodları kino lenti kimi gözlərim qarşısından keçir... Hamı inanaırdı ki, Hacı Əlisəfa bir deputat kimi əlindən gələni camaat üçün edəcək. Elə də oldu. O, həqiqətən də həyatını camaata həsr etdiyinə görə daha iki dəfə deputat seçildi. Onun özünün əməyi də dövlət tərəfindən unudulmadı. Bir sıra mükafatlara layiq görüldü. Həmin mükafatlar da hər insana nəsib olmur. Belə mükafatları yalnız ömrünü xalqının yolunda şam kimi əridənlərə, xalqına təmənnasız xidmət edənlərə verilir. Belə ki, o, 79 illik həyat tarixçəsində- Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Üç dəfə “Lenin Ordeni” aldı. “Qırmızı Əmək Bayrağı” Ordeni, “Şərəf Nişanı” Ordeni onun sinəsini bəzədi. Azərbaycan Respublikasının Əməkdar heyvandarı və Rezidentin fəxri təqaüdçüsü oldu.
Əlisəfa Yaqubova həmişə arzusunda olduğu “Həcc” ziyarəti də nəsib oldu. Beləliklə, o, 1993-cü ildə “Həcc” ziyarətinə getməklə bu arzusunu da çin elədi və müqəddəs Hacı adını daşımaqla əvvəlki illərdə olduğu kimi, xeyriyyəçilik imkanlarını daha da genişləndirdi. Bundan sonra o, mənən rahatlıq tapdı. Bu sözlər isə onun həyatının təkiyə-kəlamı idi və həmişə deyirdi:
-İnsan dünyaya yalnız özü üçün yaşamağa yox, həm də yaşatmaq üçün gəlir. Onu bilin ki, başqalarından ötrü çıraq kimi yanmayanın öz ömrü də şölə saça bilməz. Çalışın həmişə yaxşılıq edin.
Hacı Əlisəfa çıraq kimi yanıb, özünün xeyirxah əməlləri ilə insanların yoluna işiq saçdı. Bax belə insanlar da heç vaxt unudulmur və əbədi yaddaşlarda yaşayır. Qoy sənin əbədiyyət yolun işıqlı olsun, bizim əziz dostumuz, ağsaqqalımız Hacı Əlisəfa. Sənə Allahdan rəhmət diləyib deyirik: “Qəbrin nurla dolsun, elimizin, obamızın ağsaqqalı Hacı Əlisəfa Yaqubov. İnanırıq ki, sənin adın heç vaxt yaddan çıxmayacaq. Çünki ömrünü xaqının yolunda təmənnasız çıraq edənləri xalq heç vaxt unutmur. O, tarixdə əbədi yaşayır və həmin insan yada düşəndə hamı ona rəhmət diləyir”. Ulu Zərdüşt isə belə insanlar haqqında bu sözləri deyib: “ İnsanın mənəviyyatı, xüsusilə onun ycalığı, böyüklüyü üş əsas meyarla ölçülür. Xeyirxah iş, xeyirxah söz, xeyirxah əməl. Onun dediyi söz, gördüyü iş, göstərdiyi əməl arasında bir uyarlıq olmalıdır. Belə olarsa onun ruhu, qəlbi azad olar və o, düzlük carçısına, paklıq mücəssəməsinə çevrilər. Ey insan! Həmişə yadında saxla bu sözləri”.

 


Bəybala Sultanov
Hacı Zeynəlabdin qəsəbə Ağsaqqallar Şurasının sədr müavini