Peşə məktəbləri tələbələrinin ixtisas işlərindən ibarət sərgi keçirilib - FOTO

Peşə məktəbləri tələbələrinin ixtisas işlərindən ibarət sərgi keçirilib FOTO

 Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Muasir Peşəkarlar: Peşə təhsili müəssisələri şagirdlərinin ixtisas işlərinin əyani nümayişi” layihəsi çərçivəsində Bakıda keçirilən sərgi başa çatıb. Sərgidə Bakı Humanitar Kolleci, Bakı Turizm Peşə Məktəbi, 5, 6, 9, 12,13 və 18 saylı Bakı Peşə Liseyləri iştirak ediblər.
Bir həftə davam edən tədbirlərdə Təhsil Nazirliyinin nümayəndəsi Məcid Bayramlı, 9 saylı Bakı Peşə Məktəbinin direktoru Mətləb Hüseynov, Bakı Humanitar kollecin aparıcı müəllimi, rəssam Mətanət Aslanova, Bakı Turizm Peşə Məktəbinin Təhsil istehsalat işləri üzrə direktor müavini Cəmaləddin Axundov və həmin məktəbin baş ustası Radmila Mustafayeva, 6 saylı Bakı Peşə Liseyinin təhsil hissə müdiri Şəlalə Babayeva, 18 saylı Bakı Peşə Liseyinin direktoru Rəhim Ağamalıyev və 5, 12, və 13 saylı Bakı Peşə məktəb və liseylərinin nümayəndələri çıxış ediblər.
Silsilə tədbirlərin final günü layihənin donoru olan QHT-lərə Dövlət Dəstəyi Şurasının layihə üzrə kuratoru Həsən layihənin əhəmiyyəti ilə bağlı çıxış edib.
Sərgilər zamanı tələbələr öz ixtisas işləri haqda, sonda isə layihənin onların həyatında buraxdığı iz barədə danışıblar.
Sonda hər bir gənc müasir peşəkara layihə icraçıları tərəfindən sertifikat təqdim olunub
Qeyd edək ki, layihənin ideya müəllifi və rəhbəri “ Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovadır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !