Təhsil Problemləri İnstitutunun keçirdiyi beynəlxalq miqyaslı konfrans - FOTO (AZpress.AZ) YENİLƏNDİ

Təhsil Problemləri İnstitutunun keçirdiyi beynəlxalq miqyaslı konfrans FOTO (AZpress.AZ) YENİLƏNDİ

29 iyun 2016–cı il tarixində, saat 11.00-da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (ARTPİ) rəhbərliyi, xarici qonaqlar, respublikanın nüfüzlu ali və xüsusi təhsil müəssisələrinin təhsil işçiləri və KİV nümayəndələrinin iştirakı ilə “Şagird nailiyyətlərinin qiymətləndirilməsi: məzmun və vasitələrin yaradılması problemləri” mövzusunda beynəlxalq miqyaslı konfrans keçirildi.

Konfransı ARTP-nin elmi katibi, professor Akif Abbasov giriş sözü ilə açaraq, bu sahədə mövcud problemləri və onların həllinin vacibliyini vurğuladı.

Sonra sözü ARTP-nin direktor vəzifəsini icra edən Emin Əmrullayevə verdi. Emin Əmrullayev cəmiyyətin əsas diqqət mərkəzində dayanan şagirdin təlim nəticələrinin, bilik, bacarıq, qabiliyyətlərinin obyektiv qiymətləndirilməsi üçün yeni etibarlı sistemin yaradılmasının hazırda aktuallıq kəsb etməsi, şagirdin şəxsiyyət kimi formalaşmasında rolu, qiymətləndirilmənin əsas məqsədi, imtahan-stress, qiymətləndirilmə-ölçmə, ölçmə zamanı diqqət ediləcək amillər, milli qiymətləndirilmə layihələri, mərkəzi imtahan nəticələri və ona təsir edən amillər, şagirdin “2” qiymət alması və ona təsir edən amillər, şagirdlərin sosial-iqtisadi vəziyyəti, anaların təhsilinin şagird qiymətləndirilməsinə təsiri, məktəbəqədər təhsil və uşaqların bu müssisələrə calb olunması, beynəlxalq qiymətləndirilmə, PİSSA qiymətləndirilməsi və onun ölkəmizdə tətbiqi barədə konfrans iştirakçılarına məlumat verdi..

Sonra söz Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin elm sektorunun müdiri Gültəkin Hüseynova verildi. Gültəkin Hüseynova təlim fəaliyyətində qiymətləndirmə zamanı yalnız biliyin deyil, eyni zamanda bacarıqların da qiymətləndirməsinin zəruriliyindən danışaraq, qeyd etdi ki, şagirdlər bu gün yalnız dərslikdən deyil, kənar mənbələrdən də, məsələn “Sabahın alimləri”, fənn olimpiadalarında iştirak tədqiqatçılıq yoli ilə də bilik əldə edə edə bilərlər.

Türkiyə Respublikasından gəlmiş Fuat Bakışlı cəmiyyətdə, təhsil sahəsində meydana gələn dəyişiklik və inkişaf baxımından fənlər üzrə tədris resurslarının məzmun baxımından təkmilləşdirilməlməsinin günün əsas məsələlərindən biri olduğunu xüsusi vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti yanbında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov şagird fəaliyyətinin qiymətləndirilməsinin müxtəlif aspektlərinə toxunaraq, problemlə bağlı öz mülahizələrini konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli –, problemə öz münasibətini bildirdi, təhsilalanların nailiyyətlərinin yeni qiymətləndirilməsində milli qiymətləndirmənin mahiyyəti, təfəkküryönümlü kurikulum, beynəlxalq təcrübənin nəzərə alınması kimi məsələlərlə bağlı ümumi məlumatdan sonra, müvafiq təkliflər irəli sürdü.

Sonra, məruzə üçün söz seminarın məruzəçisi institutun direktor müavini, dosent Ənvər Abbasova verildi.

İnstitutun direktor müavini, dosent Ənvər Abbasov “Ümumi təhsildə qiymətləndirmədə siyasəti ” mövzusunda elektron təqdimatla məruzəsi dinlənildi.

Ə.Abbasov məruzəsində elektron təqdimatlar və multimedia resurslarından istifadə etməklə təhsilin keyfiyyətini qiymətləndirmək üçün qiymətləndirmə siyasəti, fənn standartları seminar iştirakçılarına maraqlı və müfəssəl məlumatlar verib. O, məruzəsini bitirdikdən sonra müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

İnstitutun direktor müavini, dosent Faiq Şahbazlı, İnstitutun şöbə müdiri Hümeyir Əhmədov, respublikanın əməkdar müəllimi Zülfiyyə Vəliyeva və digəriləri çıxış edərək şagird nailiyyətlərinin məktəbdaxili qiymətləndirilməsinin möv­cud vəziyyəti ilə bağlı müvafiq rəy və təkliflərini bildirdilər.

Cıxışlardan sonra:

-təhsilin keyfiyyəti: monitorinq və qiymətləndirmə;

-şagirdin idrak fəaliyyətində müasir qiymətləndirmənin əhəmiyyəti,

-qiymətləndirilmə strategiyası və yeni qiymətləndirilmə sisteminin fəaliyyət mexanizminin daha aydın və obyektivlik istiqamətində təkmiləşdirilməsi;

-şagird nailiyyətlərinin qiymətləndirməsinin məzmun və mahiyyəti və fənlər üzrə qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanma texnologiyası;

-məktəbdaxili qiymətləndirmədə zəruri olan məqamlar və qiymətləndirmənin tətbiqi qaydaları və strategiyaları;

-məktəbəqədər təhsil müssisələrinin nəticəyönümlü idarəedilməsində təhsil keyfiyyətinin qiymətləndirilməsi;

-qiymətləndirmənin yeni növ və vasitələrinin effektivliyini artırmaq üçün xüsusi proqramların hazırlanması;

-qəbul imtahanlarının müsbət cəhətləri ilə yanaşı bir sıra problemllərin yaranma səbəbləri;

-ümumtəhsil məktəblərində şagirdlərin biliklərinin qiymətləndirilməsində daha çox nəzəri biliklərə üstünlük verilməsi;

-tədris resurslarının müasir qiymətləndirilmədə rolu;

-fəal təlimdə, debat dərslərdə, praktik fəaliyyətdə şagirdlərin qiymətləndirilməsi və qiymətləndirilməyə təsir edən amillər;

-potrfolio təhsilin keyfiyyətinin qiymətləndirməsi texnologiyası kimi;

-milli kurikulumun tətbiqi prosesində şagird nailiyyətlərinin qiymətləndirilməsi zamanı müəllimlərin çətinlik çəkməsi, yeni qiymətləndirmə metodlarından istifadə məsələsinin müəllimlər üçün problem olaraq qalmqda davam etməsi;

--kurikulum üzrə şagirdin təlim nəticələrinin müvafiq məzmun standartlarına uyğunluğunu müəyyən etmək üçün monitorinqin keçirilməsi və milli qiymətləndirmə tədqiqatlarının nəticələrindən təhsilin keyfiyyətinin yüksəldilməsi;

-milli qiymətləndirmə və beynəlxalq təcrübənin nəzərə alınması istiqamətində səmərəli istifadəsi və s. ilə bağlı problemlər müzakirə olundi və təkliflər verildi.

Sonda Akif Abbasov ARTPİ-nin təşkilatçılığı ilə təşkil olunmuş plenar iclası yekunlaşırdı.

Konfrans bölmə iclarında davam etdirildi.

 


***

 

AZpress.AZ xəbər saytı məlumat verir ki, bu gün Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda növbəti tədbir keçirildi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !