Azərbaycan Xalça Muzeyində Ailə Festivalı keçirildi. - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Azərbaycan Xalça Muzeyində ” Ailə Festivalı “ keçirildi. FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

İrsimizi yaşatmaq onu gənc nəsillərə ötürmək hər bir azərbaycanlının mənəvi borcudur. İstər musiqilərimizi , istər muğamlarımızı , istər qədim musiqi alətlərimizi, istərsə də nənələrimizin , babalarımızın göz nuru, əl əməyi ilə başa gələn əşyaları elə tanımalıyıq ki, onları öz övladlarımıza da tanıda bilək. Çünki , keçmişini bilməyən bir xalqın gələcəyi ola bilməz.
AZpress.AZ informaiya agentliyinin verdiyi xəbərə əsasən bildiririk ki, 25-26 iyun 2016 cı il tarixində Mədəniyyət vəTurizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində “ Ailə Festivalı “ keçirilmişdir. Mətbuat Katibi Fuad Rəsuldan aldığımız məlumata əsasən bildirik ki, bu yeni təşəbbüsdür. Bununla "muzey" anlamını genişləndirərək Azərbaycan ailələrinin ailəvi istirahəti üçün maraqlı amillər daşıyır. Tədbirin gedişatından anlamaq olurdu ki, burada ailələr olduqca könüllü gəlmiş və övladları ilə səmərəli vaxt keçirirdilər. Müxtəlif yaş həddini əhatə edən tədbirin qonaqları Azərbaycan xalça mədəniyyəti və dekorativ xalq sənətinin incəlikləri ilə yaxından tanış olmuşlar.Hər bir uşağın maraq dairəsinə uyğun rəsmlərin çəkilməsi, maraqlı bəzək əşyalarının onların öz əlləri ilə hazırlanması, boşqabların üzərində iş, armudu stəkanların milli ornamentlərlə bəzədilməsi uşaqların maraqlarına səbəb olmuşdur. Milli dəyərlərimizi uşaqlara aşılamaq onların gələcəkdə bir fərd , bir vətəndaş kimi yetişməsində belə tədbirlərin rolu böyükdür.

Festival çərçivəsində tədbirin kuratoru Əsli Səmədovanın təşəbbüsü , UNESCO –nun və xarici muzeylərin dəstəyi ilə “Milli İrsimiz”, layihəsi Nyu Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış “Detallarda gözəllik” adlı xüsusi ailəvi marşrut xəritəsinin Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının , muzey kolleksiyasını əks etdirən foto-ovların , xüsusi rəngləmə və pazlların uşaqlara təqdim olunması təqdirə layiq bir iş kimi qiymətləndirilməlidir.

 

 

AZpress.AZ, Minə Türksoy.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !