Naxçıvanın turizm imkanları mövzusunda foto müsabiqə keçirilmişdir - FOTO

“Naxçıvanın turizm imkanları” mövzusunda foto müsabiqə keçirilmişdir FOTO

29 iyun 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvanın turizm imkanları” mövzusunda foto müsabiqə keçirilmişdir. Müsabiqənin məqsədi Naxçıvan Muxtar Respublikasının turizm imkanlarının təbliği və təşviqi, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin fotolar vasitəsi ilə tanıdılması, gənclərin muxtar respublikanın turizm imkanlarının təbliğində fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir. Müsabiqənin əvvəlində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək tədbir iştirakçılarına muxtar respublikanın turizm imkanlarının tanıdılmasında daha da aktiv olmağı, sosial şəbəkələrdə foto şəkillər vasitəsi ilə təbliğat işinin aparılmasında fəal olmağı tövsiyə etmişlər. Yekun nəticəyə görə Naxçıvan Dövlət Universitetinin tələbəsi Mahmudov Elman I yerə, müstəqil iştirakçı İsayev Yaqub II yerə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Sadiqov Anar III yerə, Naxçıvan Dövlət Universitetinin tələbəsi Ələkbərov Elmin, Naxçıvan Tibb Kollecinin tələbəsi Alırızalı Vasif, “Naxçıvan” Universitetinin tələbəsi Səfərov Məhəmməd isə həvəsləndirici yerlərə layiq görülmüşlər. Müsabiqə qaliblərinə təşkilatçıların diplom, fəxri fərman, kitab və qiymətli hədiyyələri təqdim olunmuşdur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !