Asya Atakişiyeva Beynəlxalq Yay Teatr Məktəbini uğurla başa vurub - FOTO

Asya Atakişiyeva Beynəlxalq Yay Teatr Məktəbini uğurla başa vurub FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyeva X Beynəlxalq Yay Teatr Məktəbində 1 aylıq təlimi bitirərək geri dönüb. Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbi cari ilin iyun ayının 1-dən – 30-dək Moskva vilayətinin Zveniqorod şəhərində baş tutub.
Hər il dünyanın bir çox ölkəsindən olan 90-a yaxın peşəkar gəncin təlimi həyata keçirilən yay məktəbində bu dəfə ABŞ, Böyük Britaniya, Almaniya, Azərbaycan, Fransa, Polşa və Rusiyanın 40 şəhəri də daxil olmaqla, ümumilikdə dünyanın 28 ölkəsindən 87 nümayəndə iştirak edib.
Layihə çərçivəsində gənc aktyorlara gündəlik təcrübə ilə yanaşı tanınmış teatr xadimlərinin ustad dərsləri, master klasslar keçirilib. Ustad dərsləri Yay Teatr Məktəbinin bədii rəhbəri, RF-in Xalq Artisti Aleksandr Kalyagin başda olmaqla, tanınmış teatr xadimləri Yuriy Nikolayeviç Butusov, Konstantin Arkadyeviç Raykin və Sergey Vasilyeviç Jenovaç tərəfindən keçirilib.
Təlim proqramı müddətində məşhur rus rejissorları gənc aktyorlarla kukla, plastik, küçə və iki dramatik tamaşa olmaqla ümumilikdə 5 səhnə əsəri - “Три сестры. Третье действие”, “Пушкин. Маленькие трагедии”, “Тишина”, “Canto delle ombre / Песня теней”, “Маленькие гвозди” hazırlayaraq təqdim ediblər.
Xoş təəssüratlar, bol tamaşaçı alqışı və maraqlı yaradıcılıq təklifləri alan aktrisamız rol aldığı tamaşada uğurlu çıxışa və 1 aylıq təlimlərə görə X Beynəlxalq Yay Teatr Məktəbinin diplom və sertifitakına, eləcə də gümüş döş nişanına layiq görülüb. Yay Teatr Məktəbinin bədii rəhbəri Aleksandr Kalyagin ölkəmizə xüsusi salamlarını göndərərək, Azərbaycan teatr məktəbinin peşəkar yetirmələrinin növbəti illərdə də rəhbərlik etdiyi təlimlərdə iştirakının qarşılıqlı yaradıcılıq mübadiləsi baxımından uğurlu olacağını bildirib.
Start götürdüyü gündən yaxşı mənada bir çox dəyişikliklərə məruz qalan, iştirakçı coğrafiyasını genişləndirən Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının irimiqyaslı təhsil layihəsi olan Beynəlxalq Yay Teatr Məktəbinin əsas məqsədi dəyişməz olaraq qalıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki gənc aktyoru – Günel Məmmədova və Eşqin Quliyev 1 ay müddətində sözügedən məktəbdə iştirak ediblər.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !