Mingəçevirdə KİV və müəllif hüquqları mövzusunda tədbir təşkil olunub -

Mingəçevirdə “KİV və müəllif hüquqları” mövzusunda tədbir təşkil olunub

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Mingəçevir şəhərində “KİV və müəllif hüquqları” mövzusunda tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Mingəçevir Media Mərkəzində keçirilən tədbirdə qərb bölgəsində mövcud olan yerli KİV-lərin nümayəndələri, paytaxtda fəaliyyət göstərən KİV-lərin bölgə üzrə təmsilçiləri, həmçinin yerli internet fəalları və QHT-lərin nümayəndələri iştirak ediblər. Toplantı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində keçirilib.

Layihənin əlaqələndiricisi Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd KİV işçilərində, xüsusən də internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir.

Digər çıxış edənlər də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar haqqında danışıblar.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin şimal-şərq və cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün də seminarların keçirilməsi, Bakıda isə mövzuya həsr edilmiş konfransın təşkili nəzərdə tutulub. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !