Gənclər təşkilatları YARAT İncəsənət Mərkəzi ilə tanış olacaqlar. -

Gənclər təşkilatları YARAT İncəsənət Mərkəzi ilə tanış olacaqlar.

8 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası növbəti məlumat turunu YARAT Müasir İncəsənət Mərkəzinə təşkil edəcək. Məlumat turunda ARGTMŞ-ın 20 üzv təşkilatından 25 nümayəndənin iştirakı nəzərdə tutulub.
Məlumat turu zamanı iştirakçılara YARAT Müasir İncəsənət Mərkəzinin yaranma tarixi, görülmüş işlər və perspektiv planlar, gənclər təşkilatları ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək. Tur çərçivəsində iştirakçılara YARAT-ın keçirdiyi tədbirləri, imkanları, mərkəzi kitabxanası, incəsənət nəşrlərindən tərtib olunmuş vəkolleksiyası ilə tanışlıq imkanları yaradılacaq. İştirakçılar həmçinin YARAT-ın sərgi proqramların birində ziyarət etmək imkanı əldə edəcəklər.
2011-ci ildə təsis edilən YARAT Müasir İncəsənət Mərkəzinin əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür. Təşkilatın əsas fəaliyyətlərini isə sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. YARAT yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır.
Məlumat üçün qeyd edək ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”, “Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyasına məlumat turları təşkil olunub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !