Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi keçiriləcək -

Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi keçiriləcək

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbi, Epikür Bağı restoranının təşkilatı dəstəyi ilə 16-17 iyul 2016-ci il tarixlərində Gəncədə “Episkeptis” dekorativ-tətbiqi sənət sərgisi keçiriləcəkdir.

Sərgidə Gəncəyə qonaq gələn 190-illik tarixə malik dünyaca məşhur S.Q.Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Akademiyasının müəllim və tələbə kollektivinin bədii şüşə əsərləri və Gəncənin dekorativ-tətbiqi sənət rəssamların şüşə üzərində vitraj, milli geyim nümunələri, zərgərlik və s. müxtəlif istiqamət, texnika və mövzularda işlənmiş əsərləri nümayiş olunacaq. Ekspozisiyaya MDSİA-nin müəllimi Butina Anna Albertovna, MDİSA-nın tələbələri Kulikova Anna, Melniçuk Mariya, Tarasova Ekaterina, Smirnova Mariya, Drojdin Aleksey və s., Gəncə rəssamlarından isə Məhər Məhərrəmov, Şəhla Nəzərova, Sona Məhərrəmova və s. ümüumilkdə 30 əsəri nümayiş etdiriləcək.

«Episkeptis» dekorativ-tətbiqi sənət sərgisinin konsepsiyasına əsasən episkeptis yunan dilindən tərcümədə --qonaq, kimisə dostcasına ziyarət edən şəxsdir. Sərgiyə bu adın verilməsi və məhz Epikur bağında keçirilməsi təsadüfi deyildir. Belə ki, bəyaz interyerindən istifadə edərək şəffaf bədii şüşə və incə tikmələrinin bu cür aurada təqdim olunması vəhdət təşkil edəcəkdir. Eyni zamanda, məkanın adının götürüldüyü yunan filosofu Epikürun və onun davamçılarının etiketinə əsasən, onların məkanına və geniş anlamda Azərbaycana, Gəncəyə gələn hər kəs qonaqdır: “Qonaq, sən burada zövq alacaqsan; burada məmnuniyyət-ən ali mənəvi sabitlik vəziyyətidir”. 

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )