Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir -

“Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir”

Cənub bölgəsində ölkə gəncləri üçün yeni bir layihə həyata keçirilir...


MAGİYA ictimai birliyi 15 iyul tarixindən etibarən 17 iyul tarixinədək Lənkəran şəhərində yerləşən AB Qala otelində “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 16 yaşayış məntəqəsindən (Abşeron, Bakı, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Xaçmaz, Qazax, Lənkəran, Naxçıvan, Neftçala, Sabirabad, Sumqayıt, Şabran, Yardımlı, Yevlax) olan 26 nəfər gənc üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6700 (altı min yeddi yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük təlim kurslarının keçirilməsinə başlamışdır. Təlim kurslarında 13 nəfər qız və 13 nəfər oğlan iştirak edir. İctimai birliyin heyətindən başqa təlim kurslarında qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi cənab Asif İmanlı və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Təlim kursunda işçi heyətlə iştirakçılar arasında erkən nikahlar və onun fəsadları sahəsində bir çox mövzuların: “Erkən nikahlar haqqında ümumi məlumat: BMT-nin Əhali Fondundan və Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumatların təhlili; Erkən nikahların başvermə səbəbləri və erkən nikaha daxil olmanın sosial fəsadları; Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğulan uşaqların əsas hüquqi problemləri; Erkən nikahdan doğulan uşaqların təhsildən yayınması halları – təhsil hüququnun pozulması; Nikahdan kənar doğulan uşaqların əsas sosial problemləri – uşaq əməyinin istismarı; Azərbaycanda qızlar və oğlanlar üçün nikah yaşı: Ailə və Cinayət məcəlləsinin təfsiri; Yetkinlik yaşına çatmayan qız uşağlarının zorla ərə verilməsi, o cümlədən qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət; İnsan alveri kontekstində qızların qaçırılması halları və buna görə məsuliyyət; Erkən nikahların pozulması hallarında atalıq faktının və ananın yaşayış hüququnun tanınması, birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi məsələləri və aliment öhdəlikləri üzrə məhkəmə çəkişmələri; Erkən nikahların rəvac verdiyi məişət zorakılğı problemi və ailədaxili zorakılığa qarşı məsuliyyət; Cəmiyyətdə erkən nikahların, körpə və ana ölümü hallarının və boşanmaların qarşısının alınması yolları; Qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə yolları; Adət və ənənələrin əsas tərkib hissələrindən biri hesab edilən erkən nikahlara qarşı gənc qızlarda məişət və sosial həyatda seçim etmək mədəniyyətinin formalaşdırılması – stereotiplərin aradan qaldırılması; Erkən nikahlarla mübarizə yolları: cəmiyyətdə valideyn məsuliyyətinin və ictimai qınağın artırılması istiqamətində Aidiyyəti qurumlar, QHT-lər və KİV-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi” müzakirə olunması və 3 günlük təlim sessiyaları ərzində mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulmuşdur. Təlim kursları ərzində işçi heyəti qeyri-formal və interaktiv təlim üsulları, təqdimatlar, beyin həmləsi, debatlar, fokus qrup müzakirələri, interaktiv qrup işləri, rol oyunları, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi bir çox təlim metodlarından geniş istifadə olunmasını planlaşdırır.
Təlim kursunun sonunda bütün iştirakçılara sertifikatların verilməsi, eləcə də, gənclərə erkən nikahlar və onun fəsadları barədə aidiyyəti təqdimatların verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsildən yayınma, ailədaxili zorakılığın, boşanmaların, körpə və ana ölümü hallarının artmasına səbəb olan erkən nikahlara qarşı mübarizəni gücləndirmək, habelə cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaqdan ibarətdir.
Əlavə edək ki, layihə çərçivəsində həyata keçirilən tədbirlərin nailiyyətləri, nəticə və yekunu barədə 06 avqust 2016-cı il tarixində Lənkəranda mətbuat konfransının təşkili də nəzərdə tutulmuşdur.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !