Gənclərin İnkişafına Dəstək İB-nin Masallı rayonunda tədbiri - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Gənclərin İnkişafına Dəstək” İB-nin Masallı rayonunda tədbiri FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

İyulun 16-da Masallı şəhər Gənclər Mərkəzində “Gənclərin İnkişafına Dəstək” İB “dini radikallıq və ekstremizmə qarşı mübarizədə gənclərin rolunun artırılması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Multikultiralizm, dinlərarası dialoqun, tolerant mühitin yaradılması, vacibliyi və bu prosesdə Azərbaycanın rolu əsas mövzusunda geniş danışılmışdır.
“Gənclərin İnkişafına Dəstək” İB-nin təlimçisi Mobil Pencəliyev “Qloballaşma dövründə islam maarifçiliyinin əhəmiyyəti” mövzusunda çıxış edərək gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların vətəninə, millətinə layiqli vətəndaş olmaları üçün savadlı, bilikli və dünyagörüşlərinin zəngin olmalarının üstünlüyünü qeyd etmişdir. Dini radikalizm və onun acı fəsadları haqqında geniş söhbət açan natiq gənclərin qeyri-qanuni çağırışlara qoşulmamalarını tövsiyyə etmişdir. Məruzədə seminar iştirakçılarına müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyəti vurğulanmış və din pərdəsi altında aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə əməkdaşlıq edərək birgə səylərinin artırılmasını və bu kimi faktların qarşısının alınması üçün gənclərin daha fəal olmalarının zəruriliyi qeyd edilmişdir.
Seminar - müşavirə iştirakçılarından Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, şöbənin baş məsləhətçisi Kamil Bağırov, RTŞ-nin təlimatçısı Əyyar Bürhanov, "Yeni həyat" qəzetinin Baş redaktor müavini Rəsul Rzayev çıxış etmişlər. Onlar gənclərin dini inanclarından istifadə edərək radikallıq nümayiş etdirmək, insanları ekstremizmə sövq etmək kimi mənfi hallar pislənilmişdir. Onlar gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının vacibliyini qeyd etmiş, tövsiyyələrini vermişlər.
Tədbirin işində Masallı Rayon İcra Hakimiyyəti Başçısının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazim Muradov iştirak etmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar tədqim olunmuşdur.

 

 

Təqdim etdi:
MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !