Mingəçevirdə gənclərin ideya yarmarkası keçirildi - FOTO

Mingəçevirdə gənclərin ideya yarmarkası keçirildi FOTO

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində ilk dəfə olaraq Mingəçevir şəhərində gənclərin ideya yarmarkasını keçirdi.
Böyük marağa səbəb olan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasının giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov tədbir barədə geniş məlumat vermiş, Azərbaycan həyata keçirilən uğurlu gənclər siyasətinin bütün region gənclərinə, o cümlədən Mingəçevir şəhərində yaşayan və təhsil alan bütün gənclərə öz müsbət təsirini göstərdiyini vurğulamışdır. O, bu cür tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini və Mərkəz tərəfindən gənclərin səmərəli təşəbbüslərinə dəstək verəcəklərini vurğulamışdır.
Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli təşkil edilən ilk ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin təşəbbüskarlığının artırılması üçün həyata keçirilən bu cür tədbirlərin vacibliyini bildirmişdir.
Daha sonra ideya yarmarkası öz işinə başlamış, iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim etmişlər.
Gənclərin sahibkarlıq fəaliyyəti, onların asudə vaxtının səmərəli təşkili, ictimai kitabxanaların inkişafına kömək, informasiya cəmiyyəti, peşə təhsili, ekoloji maarifçilik, turizm bələdçilərinin hazırlanması və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunmuş, müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən 3 ən çox səs toplayan ideyalar yüksək qiymətləndirilmişdir.
Sonda bildirilmişdir ki, Mərkəz qalib gələn 3 ideyanın reallaşmasında yaxından iştirak edəcəkdir.
Qeyd edək ki, ilk dəfə keçirilən bu yarmarkalar, yaxın günlərdə Gəncə şəhərində, o cümlədən Quba və Ağcabədi rayonlarında da təşkil ediləcək.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !