Mingəçevirdə kikboksinq üzrə zona yarışının qalibləri mükafatlandırılıb -

Mingəçevirdə kikboksinq üzrə zona yarışının qalibləri mükafatlandırılıb

Mingəçevir şəhərində uşaq, yeniyetmə, gənclər və böyüklər arasında kikboksinq idman növü üzrə zona birinciliyi təşkil olunub. Yarışda 26 rayon və şəhərdən 250-yə yaxın idmançı iştirak edib.

AZƏRTAC xəbər verir ki, beş yaş qrupu üzrə keçirilən birincilik 2 gün davam edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda ilk 3 yeri tutan idmançılar respublika çempionatında iştirak etmək hüququ qazanıblar. Yarışın təşkilində əsas məqsəd idmançıların yarış səviyyəsini artırmaq, onlar arasında kikboksinqin kütləviliyinə nail olmaqdır.

Qeyd edək ki, əldə olunan medalların sayına görə komanda hesabında Mingəçevir kikboksçuları 1-ci yerə çıxıblar. Gəncə idmançıları 2-ci, Ağdam komandası 3-cü olub. Qalib idmançılara diplom və medallar verilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !