Masallının rayonunun Qızılağac kəndinə təbii qaz verilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallının rayonunun Qızılağac kəndinə təbii qaz verilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

İyulun 21-də Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə təbii qaz verilib.
Bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin vitse-prezidentləri, “Azəriqaz” İB-nin təmsilçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məlumat verilib ki, 1153 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 55 min 563 metr uzunluğunda müxtəlif diametrli polietilen, metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1153 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qeyd olunub ki, hazırda Masallı rayonunun daha 13 kəndinin (Öncəqala, Hüseynhacılı, Məmmədoba, II Yeddioymaq, Şıxlar, Qasımlı, Sığıncaq, Bala Təklə, Xıl, Qodman, Babaküçə, Xanalion və Sığdaş kəndləri) qazlaşdırılması məqsədilə tikinti quraşdırma işləri aparılır. Tikintisi başa çatacaq yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
R.Abdullayev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb. Qeyd edib ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. SOCAR-ın prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov bu sahədə işlərin daha da sürətləndiyini və bu il rayon üzrə qazlaşdırmanın 95 faizə çatdırılacağını mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
RİH başçısı qaz çəkilişinin nəticələrinin əhalinin həyat tərzində aydın görüntüsünə dair misal gətirib bildirmişdir ki, rayonun yaşayış məntəqələrində bir sıra layihələrin uğurla həyata keçirilməsinin nəticəsi olaraq kəndlərə qayıdış var. Bölgədə, kəndlərdə yaradılan rahat iş və yaşayış şəraitinə görə M öhtərəm P rezident İlham Əliyevə minnətdarlığını ifadə edən natiq masallıların ölkə rəhbəri ətrafında sıx birləşdiklərini bildirmişdir. Sözçü kəndə qaz çəkilişində əməyi olanlara, “Azəriqaz”İB-nin rəhbərliyinə, SOCAR-ın prezidenti R. Abdullayevə minnətdarlığını ifadə etmişdir.
Kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

Təqdim etdi:
MASALLI.
AZpress.AZ -ın müxbiri
Əlihüseyn Ş Ü K Ü R O V.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !