Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Moskvada oxuyacaq -

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Moskvada oxuyacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyoru Vüsal Mehrəliyev Moskvada fəaliyyət göstərən Boris Şukin adına Teatr İnstitutuna daxil olub. Bir neçə mərhələdən uğurla keçən aktyorumuz təhsil müəssisəsinin “teatr rejissorluğu” fakültəsinə qəbul edilib.
Məlumat üçün bildirək ki, bu təhsil ocağı həvəskar teatr studiyası kimi 1914-cu il oktyabr ayının 23-də fəalliyyətə başlayıb və Yevgeni Vaxtanqovun adını daşıyıb. Müxtəlif illərdə Y.Vaxtanqov adına Moskva Dramatik studiyası, orta teatr təhsil müəssisəsi, ali təhsil müəssisəsi, B.V.Şukin adına Ali Teatr məktəbi və nəhayət 2002-ci ildən B.Şukin adına Teatr İnstitutu adlandırılıb. İnstitutun əksər məzunlarının məşhurlaşmalarının əsas səbəbi burada çalışan peşəkar teatr xadimləri və bu təhsil ocağının tədris metodlarıdır.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !