22 iyul Milli Mətbuat Gününə Masallıdan ötəri baxış - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

22 iyul Milli Mətbuat Gününə Masallıdan ötəri baxış FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Hər il iyulun 22-də kağızımı-qələmimi qabağıma qoyub fikirləşirəm ki, bu il nə etmişəm, nəyə nail olmuşam?! Axı, bu tarix ömrümüzə Mətbuat günü kimi daxil olub. Bizim bayramımız, ovqat yüksəkliyimizdir. Ruhuna rəhmət Həsən bəy Zərdabinin. 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsasını qoyduğu mətbuatımız pak bir ayna kimi oxucusunun çölünü də, içini də göstərmiş, həqiqəti aləmə car etmişdir. O qədər fanatizmlə, cəhalətlə üz-üzə gəlib, çarpışa-çarpışa axırı özünü də, yazarlarını da, oxucuları da həqiqətin doğanağından keçirmişdir.
“...Niyə bəs böylə bərəldirsən, a qare, gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü?” sualı da dövrün marağından, qəzetlərə münasibətindən yaranmışdır, “Qəzet almış Hacı Əhməd də!” heyrəti, təəccübü də! Bəli, bir halda ki, bayramdır, bu günü, bu saatı bayram ovqatı ilə başlayaq. Elə bu fikirlə də məsləhət, məşvərətdə idim ki, redaksiyamızın gənc ştatdankənar müxbirlərindən biri içəri girib sözə başladı:
-Bayramın mübarək olsun, ay 84 yaşlı pirani, görüb-götürmüş, söz deyib, söz eşitmiş “Yeni həyat” baba!
Təbrikin istiqamətini bir az dəyişmək mənasında Həsən bəy Zərdabinin otağımdan asılmış şəklini göstərib dedim:
-Ay oğul, əsil bayram o kişinindir. Xeyir ola, “Yeni həyat”ın (nəzərdə tutulan bu qəzet Masallı Rayon İcra Hakimiyyətinin təsisçılıyı ilə həftədə bir dəfə çap olunur) sənin yaşından çox ştatlı-ştatsız jurnalisti ola-ola niyə ötkəmlik edib oxucu tərəfindən qəbul edilməyən yazı kimi ortalığa düşürsən?!
Sonra yavaş-yavaş xırdalamağa başladım ki, mənimlə yaşıd Prezident təqaüdçüləri Məmmədhüseyn Həsənov, Şirvan Əbilovdur ki, qələmlərinin işığı az qala iki qərinədir ki, Azərbaycan mətbuatında görünür. Hər ikisi vəzifə adamı olsa da jurnalist ömrü yaşayıblar. Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov, müavini Ələşrəf Niftiyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, şair Dadaş Məmmədov...
RTŞ-nin böyük məsləhətçisi Soltanağa Cəfərov, Əməkdar müəllim Musarza Mirzəyev, Adbala Əmənov, İbrahim Şükürov, Xanlar Rəsuloğu, Rafiq Azadoğlu, Səid Mirpencoğlu, Sülhiyə Tağıyeva, Tahir Hüseynov, Sona Fəxri...
Fikirlərimizdə köhnə dəst-xətlərlə yeni imzaların qarışığı var.
Çoxları Masallı oxucularının yaddaşında rayonun salnaməsini yaradan insan kimi qalıb. Bəziləri qəzetin, jurnalın çətin vaxtlarında öz sənətinə də cəmiyyətə sədaqət ğöstərərək işini davam etdirmiş, Masallı ziyalılarının fikir şəriki, ovqat ortağı olmuşlar.
Qəzetin baş redaktor müavini Rəsul Rzayevin mətbuatla bağlılığı keçən əsrin 70-ci illərinə təsadüf edir. “Qızıl qələm” media mükafatçısı qəzetin çətinliklərini həmişə daşıyıb. Otuz ilə yaxın bir vaxtda redaktor müavini vəzifəsində çalışıb. Qəzetdə şöbə müdiri, məsul katibliyi dövründə də imzası, təşkilatçılığı diqqət çəkib. Otuza yaxın publisist və bədii kitabın müəllifidir.
“Qızıl qələm” media mükafatçısı Həsənağa Əliyevin də məsul katibliyi bütöv bir dövrü əhatə edir. Təxminən 30 il!
Qəzetin çapçılığından tutmuş aparıcı vəzifələrinə kimi icra edib... 2011-ci ildə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının müsabiqəsinin qalibi olmuş, Həsən bəy Zərdabi mükafatçısıdır. Onlarca publisist kitabın müəllifidir.
Hər iki şəxs davamlı qəzetçilik, jurnalistlik məktəbi yaratmışdır. Onların qələm sahiblərinə həmişə diqqət və qayğıkeşliyi, yüzlərlə insanın istedadına pərvəriş verməsi Masallının jurnalistika həyatının həqiqətidir. Respublikada da tanınırlar. Onların köməyindən, məsləhət və tövsiyələrindən bəhrələnənlər hazırda cild-cild kitabların müəllifi, tanınmış yazıçı, şair, mətbuat işçiləridir. “Yeni həyat”ın ağırlığı əksər hallarda bu iki jurnalistin çiynində olub. Qəzetin ərsəyə gəlməsinin təşkilatçısı, təbliğatçılığı və daimi yazarları kimi də onların böyük rolu var. Elə vaxtlar olub ki, cəmi üç jurnalistlə qəzet çap edilib. Bu missiyanın aparıcılarından ikisi məhz adını çəkdiyim cəfakeşlər olub. Köhnə çap üsulu ilə işləyən qəzetçilər təmiz atmosferi mətbəənin ağır, linotip, yığım və çap sexlərinin qurğuşun qatılmış havası ilə əvəz etməyə məcbur olublar ki, qəzet yaxşı çıxsın, hər şeyr yerli-yerində olsun. Bu ağır əməyin qarşılığı isə oxucu ilə onu maraqlandıran bütün mövzularda danışmağa söz tapan qəzet idi. “Yeni həyat” Masallının salnaməsini yazırdı, burada iki ömrün tərcümeyi-halını görmək olurdu. İndi həmin qəzetin hər bir nüsxəsi bir sərvətdir, toplanıb, yığılıb, qalır, saxlanılır əbədi bir xatirətək. İlk sevgi kimidir, unutmaq olmur...
AJB-nin üzvü olan Südabə Məmmədova, Akif Ağayev də bugünkü “Yeni həyat”da şöbə müdiri, daimi yazar kimi fəaliyyət göstərirlər.
Bu gün Milli mətbuatımızın 141-ci, “Yeni həyat” qəzetinin nəşrə başlanmasının 84-cü ili tamam olur. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verən Azərbaycan mətbuatı bayramı münasibətilə qələm dostlarımızı, oxucuları təbrik edirik.
Bayramınız mübarək, əziz dostlar!

 


Təqdim etdi:
MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !