Masallıda 22 iyul — Milli Mətbuat günü qeyd olundu - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda 22 iyul — Milli Mətbuat günü qeyd olundu FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

22 iyul – Milli Mətbuat günü münasibəti ilə Masallının Heydər Əliyev mərkəzində ənəvi hal almış respublikanın qabaqcıl və tanınmış kütləvi informasiya vasitələri nümayəndələriylə görüş keçirildi.
Rəsmi hissədən əvvəl jurnalistlər Masallı ilə yaxından tanış olmuşlar. Bu, onlarda xoş təəssürat yaratmışdır. Masallı böyük rayondur. Tarixin heç bir dönəmində Masallıda bu qədər indiki kimi tikinti - abadlıq işləri görülməmişdi...
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçıs cənab Rafil İsrafil oğlu Hüseynov bütün mətbuat nümayəndələrini 22 iyul – Milli Mətbuat günü münasibəti ilə ürəkdən təbrik etdi. Qeyd etdi ki, Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaratmış və şanlı jurnalistlər nəsli yetişdirmişdir. Bu gün hamımızın bayramıdır. Tale elə gətirib ki, mən də jurnalistəm, universitetin jurnalistka fakültəsini bitirmişəm. Ona görə deyirəm ki, hamımızın bayramıdır.
Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük söz ustadları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərmiş və öz qələmləri ilə xalqımızın maariflənməsinə böyük töhfələr vermişlər.
Azərbaycanda demokratik mətbuatın formalaşmasında, azad fikrin ifadəsi yolunda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatların əvəzsiz olmuşdur. Ümummilli lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirmiş, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək vermişdir. Çox əlamətdar və xoş haldır ki, mətbuatımızın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir. Dövlət başçımızın sərəncamına əsasən KİV işçiləri üçün inşa edilmiş yaşayış binaları bunun bariz nümunəsidir.
-Təbii ki, ölkəmiz, Bakı dəyişir və Masallı da dəyişir. Bundan da gözəl olacaq. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarıq ..- deyə Masallı Rayon İcra Hakimiyyəti başçıs cənab Rafil İsrafil oğlu Hüseynov fikrinə aydınlıq gətirdi. Həmişəki kimi bu tədfbirdə də rayonun rəhbəri başlanacaq və görüləcək işləri göz önünə gətirtdi, bir saatdan çox nitq etdi, qonaq jurnalistlər qiyabi olaraq Masallıya "səyahət etdilər"
Mətbuat işçiləri adından çıxış edən "Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, AZƏRTAC-ın xüsusi müxbiri Bağır Əliyev və başqaları dövlətimizin başçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Masallı Rayon İcra Hakimiyyəti başçıs cənab Rafil İsrafil oğlu Hüseynov rayon rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdi.
Sonda mətbuat nümayəndələrinə mükafatlar təqdim olundu.
Görüş Masallı RİHB apratının işçiləri ilə birlikdə ən füsunkar guşə olan "Viləş"-otelin istirahət mərkəzində davam etdirildi.


TƏQDİM OLUNAN FOTOLAR MASDALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR.


Təqdim etdi:
MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !