Masallı rayonunda cüdo üzrə açıq rayon birinciliyi keçirilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayonunda cüdo üzrə açıq rayon birinciliyi keçirilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Olimpiya İdman Kompleksində Cüdo Federasiyası, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci ildönümünə həsr olunmuş kiçikyaşlı uşaqlar, yeniyetmə və gənclər arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilib.
Üç gün davam edən yarışda 14 komandadan 200-dək idmançı qələbə uğrunda mübarizə aparıb.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Cüdo Federasiyasının üzvü Şamil Sövzəliyev, rayon icra hakimiyyətinin nümayəndəsi Nazim Muradov, yarışın baş hakimi Telman Əhmədli ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində qazanılmış uğurlardan, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, yarışda qalib gəlmiş idmançılara yeni-yeni qələbə sevincləri arzulayıblar.
Qeyd edək ki, yarışda Bakı şəhərindən 8, Naxçıvan Muxtar Respublikasından 1, Sumqayıt şəhərindən 4, Masallı rayonundan 1 komanda iştirak edib.
Qaliblər rayon gənclər və idman idarəsinin diplomları və medallarlarla mükafatlandırılıb.


MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !