Masallıda Ağdam rayonun işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar olaraq Vətən bizim and yerimiz mövzusunda tədbir keçirilmişdir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda Ağdam rayonun işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar olaraq “Vətən bizim and yerimiz ” mövzusunda tədbir keçirilmişdir FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Xəbər verdiyimiz kimi yulun 20-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Ağdam rayonunun işğal olunmasının 23-cü ildönümü ilə əlaqədar olaraq “Vətən bizim and yerimiz ” mövzusunda tədbir keçirilmişdir.
Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri açaraq bildirib ki, artıq Ağdam rayonunun işğalından 23 il ötür. 23 iyul 1993-cü ildə birinci Qarabağ müharibəsinin ən geniş miqyaslı əməliyyatlarından biri Ağdam rayonu istiqamətində baş verdi. 1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verirdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatı.
Birinci Qarabğ müharibəsində bir milyondan artıq soydaşımız ev-eşiyindən didərgin düşdü, neçə-neçə oğul və qzlarımız qəhrəmancasına şəhid oldu, indi artıq bizi əminliklə deyə bilərik ki, bizim güclü və hər an düşmənə layiqli cavab verməyə hazır olan ordumuzun olduğunu bildirən Camal Manafov qeyd etdi ki, aprel ayın ın əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini diqqətə çatdırdı
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə baş məsləhətçisi Emin Nüsrətov , rayon təhsil şöbəsinin metodisti , tarixçi Əyyar Burhanov, Masallı rayon vətənpərvərlər klubunun sədri, müharibə veytiranı, ehtiyyatda olan Zabitlər Konfederasiyasının Masallı rayon şöbəsinin sədr müavini Cəmaləddin Məmmədov, SHXÇ üzrə DX-nın Masallı rayon şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti leytinant Babək Hacıyev və başqaları çıxış edərək, ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunacağı, işğal olunan torpaqlarımızın azad ediləcəyi günün uzaqda olmadığını, tarixçilərin, tədqiqatçıların, gənclərin üzərinə bu istiqamətdə məsuliyyətli və vacib vəzifələrin düşdüyünü bildiriblər.

 

MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !