Flora Kərimova 75 yaşında göz qamaşdırdı - FOTO

Flora Kərimova 75 yaşında göz qamaşdırdı FOTO

Bu yaxınlarda 75 illik yubileyini qeyd edən Xalq Artisti Flora Kərimova doğum günündən sonra kameralar önünə keçib. Sənətkar xanım yeni fotoçəkimlərini sosial mediada onu təbrik edib, xoş sözlər yazan milyonlarla sevənlərinə hədiyyə edib. Flora Kərimova söyləyib: " Mən bilmirəm bu doğum günündən sonra sizinlə birlikdə daha bir ad günü qeyd edə biləcəyəm ya yox, bilmirəm də heç cənnət var ya yoxdur və yaxud mən gələcəkdə harda olacağam. Təkcə onu bilirəm ki. xalqımın belə böyük sevgisinin əhatəsində olduqca özümü cənnətdə hiss edirəm".
Qeyd edək ki fotoçəkiliş fotoqraf Ruslan Teymurfulatov tərəfindən "Caspian Meida" şirkətinin təşkilatçılığı ilə baş tutub. Çəkiliş zamanı sənətkar xanımın imici üzərində məşhur stilist Anar Ağakişiyev çalışıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !