Masallıda gənclərlə görüş keçirilmişdir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda gənclərlə görüş keçirilmişdir FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, iyulun 26-da Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 22-ci ildönümü münasibətilə gənclərlə görüş keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov açaraq, bildirdi ki, 1994-cü il İyulun 26-sı Gənclər və İdman Nazirliyinin yaranması günüdür. Bu münasibətlə bütün gəncləri səmimi qəlbdən təbrik edərək, diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı.Gənclər və İdman Nazirliyinin yaradılması , müstəqil Azərbaycan gənclərininin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdı. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşamaqdadır. Cənab Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Məhz bu diqqət gənclərimizin fəallığını günü-gündən daha da artıraraq onların yeni nailiyyətlər əldə etməsinə şərait yaradır.
Tədbirdə Masallı Rayon Təhsil Şöbəsinin metodisti Nazim İsrafilov, çıxış edərək gənclərimizi bugünkü gün münasibətilə təbriklərini çatdıraraq bildirdilər ki, ulu öndərin hakimiyyətə qayıdışı ilə milli -mənəvi dəyərlərin dirçəlişinə,iqtisadiyyatın ,sosial sahələrin inkişafına güclü stimul vermişdir.Ölkənin təhsil sistemini yenidən qurulmasına geniş imkanlar açmış, istedadlı uşaq və gənclərə diqqət və qayğının artırılması Ölkə konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamtlərindən birinə çevrilmişdir. Son illər Azərbaycan istedadlı uşaqlar və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişlənmişdir. Bunun bariz nümunəsi olaraq rayonumuzda da xeyli sayda gənclər yüksək ballar toplayaraq Ölkəmizin qabaqcıl universitetlərinə daxil olmuşlar.
Daha sonra tədbirdə fəxri bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, Əməkdar məşqçi Xanağa Quluyev, məşqçi müəllimlərdən Sadiq Ağayev ,Sabir Lətifov fəal gənclərdən Rafiq Abbasov və Rövşən Muxtarov da çıxış edərək gənclərimizi bugünkü gün münasibətilə təbriklərini çatdıraraq bildirdilər ki, ulu öndərin hakimiyyətə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın ,sosial sahələrin inkişafına güclü stimul vermişdir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir
Sonda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonun bir qrup fəal gəncinə və məşqçi müəllimlərinə fəxri fərman və qiymətli hədiyyələr verildi.

 


MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !