Lənkəranda Multikulturalizm ili çərçivəsində gənclər üçün seminar keçirilib - FOTO

Lənkəranda “Multikulturalizm ili” çərçivəsində gənclər üçün seminar keçirilib FOTO

26 iyul 2016-cı il tarixində Astara rayonunda yerləşən “Gənclərin Sosial İnkişafına Dəstək”(GSİD) İctimai Birliyi tərəfindən “Gənclər arasında Multikulturalizm dəyərlərinin təbliği"adlı layihənin icrasına başlanılmışdır. Layihənin əsas məqsədi ölkəmizdə yaşayan çoxsaylı xalqlara məxsus mədəni müxtəlifliklərin qorunmasını tanıyan humanist dəyərləri region gəncləri arasında təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan layihə çərçivəsində ilk seminar Astara gəncləri üçün keçirilmişdir.
Tədbirin açılışında “Gənclərin Sosial İnkişafına Dəstək”(GSİD) İctimai Birliyinin sədri Rövşən Bağırov layihə haqqında iştirakçıları geniş şəkildə məlumatlandırdı və layihənin gənclər üçün əhəmiyyətindən, eləcə də multikulturalizm dəyərlərinin inkişafında rolundan danışdı. O, həm də Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “ Multikulturalizm ili” çərçivəsində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs etdi. Daha sonra layihə çərçivəsində hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş olundu. Tədbirdə ekspert qismində çıxış edən Bakı İslam Universitetinin müəllimi, sosioloq Asəf Qənbərov mövzu haqqında geniş təqdimat edərək Multikulturalizm haqqında ümumi anlayış, nəzəri aspektlər, mövcud qanunvericilik, tolerantlıq və multikulturalizm ənənələrinin yeri və əhəmiyyəti haqqında geniş fikir mübadiləsi apardı.
Növbəti çıxışlarda fəal gənclər Aytən Abiyeva, Təhminə Cəfərova, Mayila Mirzəyeva,Nərmin Kərimli Multikulturalizm dəyərlərinin region gəncləri arasında təbliğinin vacibliyindən, layihənin rayon gəncləri üçün əhəmiyyətindən söz açaraq bu tip layihələrin davamlı olaraq həyata keçirilməsini qeyd etdilər. Seminar maraqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirildi.
Seminar iştirakşılarına mövzu ilə bağlı məlumatlandırma vasitələri olaraq bukletlər, disklər, paylama materialları təqdim olundu.
Növbəti günlərdə Masallı və Cəlilabad rayonlarında uyğun seminarların və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !