Yeni həyat qəzetinin baş redaktor müavini, şair-publisist Rəsul Rzayev mükafata layiq görülmüşdür - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

“Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist Rəsul Rzayev mükafata layiq görülmüşdür FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Təbrik edirik!
Masallı Rayon İcra Hakimiyyətinin təsisşiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin baş redaktor müavini, şair-publisist Rəsul Müzəffər oğlu Rzayevin çoxsaylı mükafatları sırasına biri də əlavə olundu. Milli Mətbuatımızın 141-ci illiyi ərəfəsində “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin “Qarabağ: Aprel döyüşləri mediaya nəyi öyrətdi?” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən dəyərləndirilmiş mükafata layiq görülmüşdür. 61 jurnalistin qatıldığı müsabiqədə qələm yoldaşımız qaliblər sırasında olmuş, Birliyinin Fəxri Fərmanını almışdır.
Vətənpərvərlik mövzuları, xüsusilə Qarabağ döyüşlərinə həsr olunan yazılar “Qızıl qələm” media mükafatı laureatı R.Rzayev yaradıcılığının leytmotivini təşkil edir. Şairin Masallıdan olan Milli Qəhrəmanlarımız-Elşad Hüseynova həsr etdiyi, “Dağılmış yuxu” və Səfəralı Məmmədovun xatirəsinə yazdığı “Torpaqdan göyərən qeyrət”, rayonunTəzəkənd kəndindən şəhid Rövşən Nəbiyevə həsr etdiyi “Qarabağ qəlbimə çəkdi qara dağ” poemaları, həmçinin yüzlərlə oçerk və məqalələri oxucular tərəfindən maraqla qarşılanmışdır.
Qələm yoldaşımızı təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq! (ŞƏKİLDƏ SOLDAN ÜÇÜNCÜ RƏSUL RZAYEVDİR).

 

 

Təqdim etdi:
MASALLI.
AZpress.AZ -ın müxbiri.
Azərbaycan Jurnalistlər Birliyinin və
Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü
Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !