MASALLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ BORADIGAH QƏSƏBƏ ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ BORADIGAH QƏSƏBƏ ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Rafil İsrafil oğlu Hüseynovun növbəti səyyar qəbulu bu günlərdə Boradıgah qəsəbə ərazi inzibati dairəsinin Mollaoba kəndində, şəhid Bəxtiyar Qurbanəli oğlu Şiriyev adına Mollaoba tam orta məktəbində keçirilmişdir.
Qeyd edək ki, inzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir.
Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və yeniləşir. Nəhəng xidmət obyektləri fəaliyyət göstərir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü açmamışdan əvvəl Qarabağ döyüşlərində həlak olmuş şəhid Bəxtiyar Qurbanəli oğlu Şiriyevin (22.04.1973-06.08.1992) əziz xatirəsini dərin ehtiramla yad etməklə büstü üzərinə təzə-tər güllər düzdü.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən geniş bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Rayon İcra Hakimiyyətinin başçısı geniş nitqində ərazinin kəndlərində görülmüş və görüləcək işlərdən danışmışdır.
Artıq su çəkilişi sona çatmaq üzrədir. Reallaşmaqda olan “Asan Xidmət-Asan Həyat” kompleksi, habelə mədəniyyət, təhsil, mətbuatyayım sahəsində yaradılacaq regional idarələr rayon iqtisadiyyatının inkişafına təkan verəcək. İnzibati şəhərcik ərazisində inşa ediləcək (ilkin mərhələdə 3 bina) sosial yaşayış evləri regionlar üzrə ilk dəfə Masallıda tikilir. Uşaq incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, polis mühafizə bölməsi, kənd təsərrüfatı idarəsi, 100 yerlik uşaq bağçası binalarının yaxın günlərdə açılışı olacaq. Yeni məhkəmə binasının təməli qoyulmuşdur. Şəhərin mərkəzində Viləş Park-Bulvarı salınır. Müasir tibbi avadanlıqlarla təchiz ediləcək RMX əsaslı təmir edilir. Qəsəbə xəstəxanası müasir üslubludur və əhaliyə nümunəvi xidmət göstərir. Qəsəbə sakinləri, ümumiyyətlə masallılar qan analizindən ötrü daha mərkəzə getmirlər və s. Hazırda 6-7 min hektar əkin sahəsi su ilə təmin edilirsə, Viləşçayın II növbəsinin tikintisindən sonra bu rəqəm 20 minə çatacaq. 65 kilometr beton kanallar çəkiləcək və s.
Rayon rəhbəri Boradigah qəsəbəsi və onu əhatə edən Mollaoba və Babaser kəndlərinin sakinlərini dinləmişdir
Qəsəbə ziyalılarından, ağsaqqallarından ibarət 20 nəfərə yaxın sakin - Əhmədağa Eyvazov, Məhərrəm Abuzərov, Şirvan Həsənov, Əli Muxtarov, Hidayət Əsgərov, Sakit Babakişiyev, Qurban Şiriyev, Yaşar Məcidov, Məhəmməd Hüseynov, Balağa Hacıyev, Zakir Abdullayev, Rafail İsmayılov, İbrahim Baxşəliyev, Əsgər Nəhmətov, Mübariz Seyfullayev və başqaları çıxışlarında təkliflər vermiş, şəxsi problemləri barədə müraciətlər etmişlər. Çıxış edənlər həmçinin son bir neçə ildə rayonda görülən işləri təqdir etmiş, ərazidə işıq, qaz və s. sahədə problemlərin yaşanmadığını bildirmiş, kənd əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov verilən təklif və müraciətlərə münasibət bildirmiş, göstəriş və tövsiyələrini vermişdir.


MASALLI.
AZpress.AZ -ın
müxbiri.

Əlihüseyn Ş Ü K Ü R O V.  

 

TƏQDİM OLUNAN FOTOLAR MASALLI RAYONUNDA ÇIXAN "YENİ HƏYAT" QƏZETİNİN FOTOMÜXBİRİ VƏKİL NOVRUZ OĞLU AĞAYEVİNDİR.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !