Masallıda Multikulturalizm ili çərçivəsində seminar - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “Multikulturalizm ili” çərçivəsində seminar FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildiririk ki, 28 iyul 2016-cı il tarixində Masallı Oteldə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi tərəfindən “Gənclər arasında Multikulturalizm dəyərlərinin təbliği"adlı layihənin icrasına başlanılmışdır.
Layihənin əsas məqsədi ölkəmizdə yaşayan çoxsaylı xalqlara məxsus mədəni müxtəlifliklərin qorunmasını tanıyan humanist dəyərləri region gəncləri arasında təbliğ etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutan layihə çərçivəsində seminar Masallı Mehmanxanasında rayon gəncləri üçün keçirilmişdir.
Tədbirin açılışında “Gənclərin Sosial İnkişafına Dəstək”(GSİD) İctimai Birliyinin sədri Rövşən Bağırov layihə haqqında iştirakçıları məlumatlandırmış və layihənin gənclər üçün əhəmiyyətindən, eləcə də multikulturalizm dəyərlərinin inkişafında rolundan danışmışdır.
Daha sonra layihə çərçivəsində hazırlanmış videoçarx nümayiş olunmuşdur.
Tədbirdə ekspert qismində çıxış edən Bakı İslam Universitetinin müəllimi, sosioloq Asəf Qənbərov mövzu haqqında geniş təqdimat edərək Multikulturalizm haqqında ümumi anlayış, nəzəri aspektlər, mövcud qanunvericilik, tolerantlıq və multikulturalizm ənənələrinin yeri və əhəmiyyəti haqqında geniş fikir mübadiləsi aparmışdır.
Seminar maraqlı fikir mübadiləsi və müzakirələrlə davam etdirilmişdir.
Seminar iştirakşılarına mövzu ilə bağlı bukletlər, disklər, paylama materialları təqdim olunmuşdur.


MASALLI.
AZpress.AZ -ın
müxbiri.


Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !