Masallıda multikulturalizmlə bağlı tədbir - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda multikulturalizmlə bağlı tədbir FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildiririk ki, 28 iyul 2016-cı il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi multikulturalizmlə bağlı gənclərin maarifləndirilməsi üçün layihə çərçivəsində təlim keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi (QDİİB) “Sosial və internet mediada gənclərin multikulturalizmlə bağlı maarifləndirmə” layihəsi çərçivəsində təlim keçirmişdir. Rayon Gənclər Mərkəzində “Yeni mediada multikulturalizmlə bağlı düzgün iştirak” mövzusunda təşkil olunan təlimdə yuxarı sinif şagirdləri, idarə və müəssisələrdə çalışan gənclər iştirak etmişdir.
Təlimi giriş sözü ilə açan QDİİB-nin sədri İlkin Ağayev bildirmişdir ki, sosial və internet mediada gənclərin aktivlik göstəriciləri ildən ilə artır. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu baxımdan, gənclərin multikulturalizm məsələləri ilə bağlı maarifləndirilməsi, Azərbaycan multikulturalizmi və dövlətin bu yöndə həyata keçirdiyi siyasətlə bağlı ətraflı bilgiləndirilməsi, sosial və internet mediada aktiv gənclərin bu yöndə öz töhfələrini daha yaxşı bir şəkildə verməsinə yardımçı ola bilər.
Sonra isə təlimçi, yeni media üzrə ekspert Xaqani İbadov qeyd edilən mövzuda təlimə başlamışdır.
Tədbirin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilmişdir.

 


MASALLI.
AZpress.AZ -ın
müxbiri.


Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !