Masallı gəncləri dini radikallıq və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirildi - FOTO

Masallı gəncləri dini radikallıq və ekstremizmə qarşı mübarizə sahəsində maarifləndirildi FOTO

28 iyul 2016-cı il tarixində Astara rayonunda yerləşən “Gənclərin Sosial İnkişafına Dəstək”(GSİD) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dini radikallıq və ekstremizmlə mübarizədə gənclərin fəallığının artırılması”adlı layihə çərçivəsində Lənkərandan sonra növbəti seminarını Masallı rayon gəncləri üçün keçirmişdir. Layihənin əsas məqsədi hal-hazırda ən aktual problemə çevrilən dini radikallıq və ekstremizmlə mübarizədə region gənclərinin ictimai fəallığının artırılması, gənclər arasında milli-mənəvi dəyərlərin qorunması sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Tədbirdə rayon ziyalıları, Gənclər İdman İdarəsinin əməkdaşları, dini icmanın üzvləri, fəal gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə “Gənclərin Sosial İnkişafına Dəstək”(GSİD) İctimai Birliyinin sədri Rövşən Bağırov açaraq layihə haqqında iştirakçıları geniş şəkildə məlumatlandırdı və layihənin gənclər üçün əhəmiyyətindən, eləcə də dini radikallıq və ekstremizmlə mübarizədə gənclərin ictimai fəallığının artırılmasının vacibliyindən danışdı. O, həm də Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2015-ci il tarixli “ Dini ekstremizmə qarşı mübarizə haqqında” 15 maddədən ibarət Fərmanını xatırlatdı.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Ağayev, məsləhətçi Emin Nüsrətov, gənc müəllimlər Seymur Musayev, Xəzər Nuriyev, Nəsimi Bədəlov çıxış edərək gənclərin bu yöndə maarifləndirilməsinin vacibliyindən bəhs edərək gəncləri radikallığa və ekstremizmə qarşı mübarizədə bir olmağa, inteqrasiya zamanı milli-mənəvi dəyərləri qoruyub saxlamağa səslədilər.

Seminara ekspert qismində dəvət olunan Bakı İslam Universitetinin müəllimi, din üzrə sosioloq Asəf Qənbərov mövzu haqqında geniş təqdimat edərək radikallığa və ekstremizmə qarşı mübarizədə gəncləri bir olmağa, xarici təsirlərə düşməmək üçün dini maarifləndirmənin gücləndirilməsinin vacibliyindən bəhs edərək, inteqrasiya zamanı gəncləri milli-mənəvi dəyərlərimizi qorumağa çağırdı.
Seminar maraqlı müzakirələrlə davam etdirildi və iştirakçıların sualları cavablandırıldı. Tədbirdə yerli Media nümayəndələri, foto jurnalistlər də maraq göstərmişlər.

Sonda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikat təqdim olundu.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !