Elçin Musaoğlu ( Quliyev Elçin Musa oğlu) fəxri ada layiq görülüb - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Elçin Musaoğlu ( Quliyev Elçin Musa oğlu) fəxri ada layiq görülüb FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Həmyerlimiz Elçin Musaoğlu 11 iyul 1966 -cı ildə anadan olub. O, əslən Masallı rayonun Xıl kəndindən olan dostumuz - tanınmış alim, tarix elmləri doktoru, Respublika Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kaferasının professoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim, əsl ziyalı şəxsiyyət Musa müəllimin ailəsində böyüyüb boy atmışdır. Musa müəllim respublikada ilk olaraq «Dövlət və din münasibətləri» mövzusunda dissertasiya yazıb. Ölkənin ictimai-siyasi həyatında indi də yorulmadan fəal iştirar edir. Elçin M. A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda(1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən "Ritm Prodakşnda" çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.
42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatına layiq görülmüşdür (2009). 2015-ci ild ə quruluşçu rejissoru olduğu "Nabat" filmi "Ən yaxşı bədii film" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.
Bu günlər Musanın həyatında daha əlamətdar hadisə baş verib. İyulun 29-da Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə həmyerlimiz Elçin Musaoğlu ( Quliyev Elçin Musa oğlu) da fəxri ad alanlar sırasındadır. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. Bu münasibətlə Elçini müəllimi təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq!
Təbrik edirik, Elçin müəllim!

 


AZpress.AZ -ın
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !