Referendumla bağlı Sumqayıt Bələdiyyəsinin təşəbbüs qrupu yaradılıb -

Referendumla bağlı Sumqayıt Bələdiyyəsinin təşəbbüs qrupu yaradılıb

Bu gün Sumqayıtda Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı ilə yığıncaq keçirilib. Yığıncaqda bələdiyənin üzvləri, aparat işçiləri, məhəllə komitələrinin nümayəndələri, şəhər Ağsaqallar Şurasının üzvləri və KİV nümayəndələri iştirak ediblər.
Toplantıda Referendumun keçirilməsinə dəstək məqsədi ilə təşəbbüs qrupu yaradılıb və Sumqayıt Bələdiyyəsindən referendum üzrə təşəbbüs qrupunda təmsil olunmaq üçün nümayəndələr seçilib.
Çıxış edən Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov bildirib ki, təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərir.
Daha sonra çıxış edən şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, bələdiyyə üzvləri Akif Kərimov, Fəxrəddin Rəhimov, bələdiyyə komitəsinin sədrləri Mirzağa İsgəndərov, Nadir Həsənov və başqaları sumqayıtlıların bu referendumda aktiv iştirak edəcəyini, dövlətimizin maraqları mövqeyindən çıxış edərək öz münasibətlərini ifadə edəcəklərini bildiriblər.
Daha sonra səsvermə ilə 58 nəfərlik referendum üzrə ilkin təşəbbüs qrupu yaradılıb və təşəbbüs qrupunda təmsil olunmaq üçün 5 nəfərdən ibarət nümayəndə müəyyənləşdirilib.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !