Şəkinin Baş Küngüt kəndinin yoluna çay daşı döşənib -

Şəkinin Baş Küngüt kəndinin yoluna çay daşı döşənib

Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi İkinci Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində Şəkinin Baş Küngüt kəndində “Daş döşəmə yol tikintisi” layihəsinin icrası başa çatıb.

AZƏRTAC xəbər verir ki, avqustun 4-də bu münasibətlə mərasim keçirilib. Bildirilib ki, Şəki şəhərindən 25 kilometr aralıda yerləşən Baş Küngüt kəndinin daxili yollarının istismar müddəti başa çatdığından, son vaxtlar kəndin yolları yararsız hala düşmüşdü. Bu da sakinlər üçün müəyyən çətinliklər yaradırdı. Kənd icmasının müraciəti nəzərə alınaraq, bu ilin martında kənddə “Daş döşəmə yol tikintisi” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində kəndin daxilində ümumi uzunluğu 1070 metr, sahəsi 5 min kvadratmetr olan yola çay daşı döşənib.

Diqqətə çatdırılıb ki, layihədən 2450 nəfər kənd sakini faydalanacaq. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !