Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir - FOTO

“Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” FOTO

Məlum olduğu kimi, cari ilin may ayının 10-dan etibarən Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən “Erkən nikahlar valideyn məsuliyyətsizliyinin və ictimai qınaqsızlığın nəticəsidir” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihənin məqsədi ölkədə yeniyetmə və gənclər arasında erkən nikahlar və onun fəsadları, xüsusilə də təhsildən yayınma, ailədaxili zorakılığın, boşanmaların, körpə və ana ölümü hallarının artmasına səbəb olan erkən nikahlara qarşı mübarizəni gücləndirmək, habelə cəmiyyətdə valideyn məsuliyyətini və ictimai qınağı artırmaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6700 (altı min yeddi yüz) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilən layihənin müddəti 3 ay olmaqla, 10 may – 10 avqust 2016-cı il tarixlərini əhatə etmişdir. Layihə çərçivəsində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ölkə üzrə 16 yaşayış məntəqəsindən (Abşeron, Bakı, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Xaçmaz, Qazax, Lənkəran, Naxçıvan, Neftçala, Sabirabad, Sumqayıt, Şabran, Yardımlı, Yevlax) seçilən 18-29 yaş arası 26 nəfər gənc (13 nəfər qız və 13 nəfər oğlan) üçün Lənkəranda yerləşən AB Qala otelində 15-17 iyul tarixlərində 3 günlük təlim kursları keçirilmişdir. Təlim kursunda iştirak edən gənclərə sertifikatlar və zəruri informasiya vasitələri (erkən nikahlar və onun fəsadları barədə aidiyyəti təqdimatlar) verilmişdir. Bununla yanaşı təlim kursunda iştirak edən gənclərlə qonaq qismində Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçiləri cənab Asif İmanlı və cənab Cavad Miriyev, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi cənab Yalçın Əhmədov, ekspert qismində isə “Lənkəran Hüquq Mərkəzi” MMC-nin direktoru cənab Ehtiram Fəttayev iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırmışlar.
Qeyd edək ki, təlim kurslarından öncə Azərbaycanın 25 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Ağdam, Bakı, Bərdə, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Xaçmaz, İsmayıllı, Qazax, Lerik, Lənkəran, Naxçıvan, Neftçala, Sabirabad, Salyan, Sumqayıt, Şabran, Şəki, Yardımlı, Yevlax) 83 nəfər gənc ərizəçi (36 oğlan və 47 qız) təlim kurslarında iştirak etmək üçün təşkilata müraciət etmişdir ki, onlardan da yalnız 26 nəfəri (13 oğlan və 13 qız) təlimdə iştirak etmək hüququ qazanmışdır.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !