Lənkəranda Multikulturalizm ili çərçivəsində sənətkarlıq və kitab sərgisi təşkil olunub - FOTO

Lənkəranda “Multikulturalizm ili” çərçivəsində sənətkarlıq və kitab sərgisi təşkil olunub FOTO

Avqustun 12-də Lənkəran Turizm İnformasiya Mərkəzi və mərkəzi kitabxananın təşkilatçılığı ilə “Multikulturalizm ili” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov, rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Nuranə Nəsirova ölkəmizdə multikultural dəyərlərin, eləcə də turizmin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıblar.

Tədbir çərçivəsində yerli sənətkarların əl işlərinin nümunələrinin və multikulturalizmə, adət-ənənələrimizə, diyarşünaslığa həsr olunmuş kitab sərgisi təşkil olunub, Lənkəranın turizm potensialını təbliğ edən çap məhsulları və reklam çarxı nümayiş etdirilib.

Mərkəzi kitabxananın foyesində təşkil olunmuş sənətkarlıq sərgisi iki həftə davam edəcək. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !