MASALLIDAN OLAN AVROPA ÜÇÜNCÜSÜ -

MASALLIDAN OLAN AVROPA ÜÇÜNCÜSÜ

Ötən ay İsveçin paytaxtı Stokholm şəhərində həmyerlimiz, Masallı rayonunun Təzə Alvadı kənd sakini Sabutay Əmişovun qazandığı uğur böyük marağa səbəb oldu. Sərbəst güləş üzrə Avropa çempionatında çıxış edən 17 yaşlı güləşçimiz yeniyetmələrdən ibarət millimizin heyətində 54 kiloqram çəki dərəcəsində gücünü sınayıb. Mübarizəyə 1/16 finaldan başlayan bahadırımız Moldova (12:1) və Ukrayna (12:6) təmsilçilərini böyük xal hesabı ilə məğlub edib. Ancaq 1/4 finalda yunanıstanlı idmançıya uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılan Sabutay komanda yoldaşı Məhəmmədhacı Qasımovu mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə Gürcüstan təmsilçisini üstələyən pəhləvanımız çempionatın bürünc medalına sahib olub.
Dəfələrlə respublika çempionu və beynəlxalq turnirlərin qalibi olmuş Sabutay Əmişov gələn ay Gürcüstanda keçiriləcək yeniyetmələrin Dünya çempionatına hazırlaşır. 

 

Akif Ağayev

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !