Milli gürcü mətbəxindən 9 ən dadlı yemək - FOTO

Milli gürcü mətbəxindən 9 ən dadlı yemək FOTO

Gürcü mətbəxi nədir? Kabab, xarço, satsivi-ət və yenə də ət. Çoxları belə hesab edirlər. Əslində gürcü payının əsası pendir, lobya, qoz və göyərtidir. Rusiyadan Gürcüstanda olan bir qrup insan restoranlardan Rusiyada çox da tanınmayan gürcü milli xörəklərini soruşdular. Beləcə top -9 alındı. Hərçənd ki, hər bir səyyahda bu siyahı başqa cür ola bilər. 

 

 

 

 

1.Naduqi-tərcümədə bu “qaynadılmış” deməkdir.Yemək üçün kəsmik pendir hazırladıqdan sonra qalan südün zərdabını qaynadmaq yolu ilə hazırlanır. Suluqun pendirinin nazik laylarını çevirib ona kisə forması verirlər.

 

 

 

 

2.Yaxne-zərif qoyun əti fındıqla, sarımsaqla, soğanla, keşnişlə, zəfəran sousu ilə. Acarıstanda bu yeməyi toylarda verirlər.

 

 

 

 

3.Pxali-ispanaq, kələm və çuğundur tağından hazırlanan qəlyanaltı. Yalnız baza məhsuluna qara istiot, soğan, sarımsaq, xarço-suneli qarışığı və keşnişli qoz pastası əlavə etmək lazımdır.

 

 

 

 

4.Borano-acarsayağı omlet. Tərkibi çox sadədir: imeretin pendiri, yumurta, süd və yağ. Yarım saata qədər pişirirlər, sonra isə piroq kimi süfrəyə verirlər

 

 

 

 

5.Əcəbsəndəl-badımcan buxara verilmiş bolqar bibəri, kök, pomidorla və utso-suneli, soğan, zəfəran, keşniş, sarımsaq, reyhan əlavə olunur.

 

 

 

 

6.Mçadi-ketsi tavasında bişirilmiş qarğıdalı unundan şirin fətir.Qərbi Gücüstanda xüsusilə məşhurdur.İsti imeretin pendiri və suluqun ilə süfrəyə verilir.

 

 

 

 

7.Kuçmaçi-mal və ya toyuq içi ilə hazırlanan qəlyanaltı.Ürək, ağciyər, qaraciyər. Ərzaqlar əvvəl qaynadılır sonra keşniş, istiot, sarımsaq, döyülmüş yunan qozu və şirəsi çıxardılmış nar şirəsi ilə qızardılır.

 

 

 

 

8.Çkemeruli-ketsi tavasında sarımsaqlı qatıqla qızardılmış cücə. Hazırlanma üsuluna görə cücə tabakasını xatırladır.

 

 

 

 

9.Çaşuşuli-buxara verilmiş dana əti, pomidor, tomat pastası, bolqar bibəri, utsoxo-suneli, imerçtin zəfəranı, keşniş və çoxlu sayda soğan.