Kamal Mazanova Dövlət qulluğunda fərqlənməyə görə medalı təqdim edilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Kamal Mazanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

15 avqust 2016-cı il tarixdə Masallı RİH-də Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə təltif olunan “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov əvvəlcə ölkə başçısının Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovu bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. Cənab R. Hüseynov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənabları tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov“Dövlət qulluğunda fərqlənməyə görə” medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanova təqdim edib.
Çıxış edən dövlət qulluqçusu K. Mazanov onun əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və rayonun rəhbərinə dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, K. Mazanov 1984-cü ildə ali təhsil alandan iki il sonra UGİM-də dərs hissə müdiri, 2001-ci ildən rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006-cı ildən RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyib. 2012-ci ildən bu günə kimi RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləməklə bu təşkilatçılığı davam etdirir.

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !