Mingəçevirdə Qaydaları bilək və öyrədək! adlı layihəyə start verilib - FOTO

Mingəçevirdə “Qaydaları bilək və öyrədək!” adlı layihəyə start verilib FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Qaydaları bilək və öyrədək” adlı layihənin təlimlərinə start verilib. Mingəçevir şəhərində həyata keçirilən layihənin əsas məqsədi daha geniş gənclər qrupuna yol hərəkəti qaydaları barədə məlumatların ötürülməsi, bu sahədə gənclərlə bələdiyyə və yol polisi idarələri ilə əməkdaşlığı gücləndirməklə ictimai məlumatlandırma kampaniyası aparmaqdır. İlkin təlimdə gənclərə yol təhlükəsizliyi, piyadaların öz təhlükəsizliyini təmin etmək üçün izləməli olduğu qaydalar barədə məlumatlar verilir. Eyni zamanda təlim çərçivəsində, gənclər arasında qrupla iş bacarığının artırılması və daha geniş kütlənin bu kimi faydalı məlumatlarla maarifləndirilməsi üçün təşkil olunacaq aksiyada iştirak edəcək gənclər arasında yol təhlükəsizliyi, yol qəzalarının qarşısının alınması və piyada hərəkət qaydalarının aşılanması ilə bağlı plakatlarların hazırlanması və yayılması ilə bağlıda müzakirələr aparılmışdır. Layihə rəhbəri Elçin Süleymanovun məlumatına görə, icrasına başlanan layihənin növbəti mərhələsində gənclər üçün təlim proqramları təşkil olunacaq və geniş məlumatlandırma kampaniyası keçiriləcəkdir.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !