Lənkəranda Mandarin Uşaq Əyləncə Mərkəzi istifadəyə verilib - FOTO

Lənkəranda “Mandarin” Uşaq Əyləncə Mərkəzi istifadəyə verilib FOTO

Lənkəran rayonunun Velədi kəndində, Bakı-Astara magistral yolunun kənarında Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Şahverdi Babayevin maliyyə dəstəyi ilə inşa olunmuş “Mandarin” Uşaq Əyləncə Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərkəzin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib.

Azərbaycanın dünyada iqtisadi böhranın dərinləşdiyi şəraitdə də inkişaf etdiyini vurğulayan T.Qaraşov regionlarda da yeni-yeni obyektlərin açılmasını yüksək dəyərləndirib, Mərkəzin kollektivinə ən xoş və səmimi arzularını çatdıraraq, burada uşaqların şən və mənalı istirahəti üçün hər cür şəraitin yaradıldığını bildirib.

Sonra mərkəzin üçüncü mərtəbəsində istedadlı uşaq və gənclərin iştirakı ilə “Gəlin birlikdə şənlənək” konsert proqramı nümayiş etdirilib.

Uşaqlar gün ərzində mərkəzin xidmətindən səmərəli istifadə etdilər, onlara pulsuz təqdim olunan dadlı nemətlərdən, şirələrdən və şirniyyatlardan daddılar.

Uşaq Əyləncə Mərkəzinin direktoru Vadim Qasımovun verdiyi məlumata görə, smeta dəyəri 1,5 milyon manat olan üçmərtəbəli binanın ümumi sahəsi 2500 kvadratmetrdir.

Binanın birinci mərtəbəsində uşaqlar üçün market, gözəllik salonu, ikinci mərtəbəsində bolinq zalı, fitobar və oyun zalı, 7D kino zalı, üçüncü mərtəbəsində isə əyləncə mərkəzi, banket zalı və kafe fəaliyyət göstərir.

Mərkəzdə gün ərzində 1500 nəfər uşağın əylənməsi üçün hər cür şərait yaradılıb.

Fotolar AZƏRTAC - ındır 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !