MASALLIDA AĞSAQQALLAR ŞURASININ İCLASI - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLIDA AĞSAQQALLAR ŞURASININ İCLASI FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

 Masallı Rayon İcra Hakimiyyətinin rəsmi saytına istinadən bildiririk ki, 18 avqust 2016-cı il tarixdə Masallı Rayon Ağsaqqallar Şurasının iclası keçirilmişdir.
Masallı şəhər Ağsaqqallar klubunda keçiriliən tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov iclasın gündəliyi barədə açıqlama vermişdir. Azərbaycanın müstəqilliyi dövründə qazanılan uğurları diqqətə çatdıran Şura sədri bu gün ölkə Prezidentinin apardığı siyasət xəttini dəstəkləyən masallıların daim dövlətə və dövlətçiliyə sədaqətindən, ağsaqqal nüfuzu, ağsaqqal tövsiyəsi və təbliğatının əhəmiyyətindən danışmışdır.
Masallı Rayon Ağsaqqallar Şurası sədrinin müavini Ələşrəf Niftiyevin Azərbaycan Respublikasında 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Refefenduma (ümumxalq səsverməsi) hazırlıqla bağlı rayon Ağsaqqallar Şurası və ilk təşkilatların vəzifələri barədə məruzəsi dinlənilmişdir.
Ulu öndərin adı ilə bağlı olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklər barədə məlumat verən məruzəçi bu təşəbbüsün zamanın tələbindən irəli gəldiyini vurğulamış, bu mühüm kompaniya ilə əlaqədar görüləcək tədbirlər planından bəhs etmişdir.
Məruzə ətrafında Prezident təqaüdçüsü Şirvan Əbilov, Ərkivan qəsəbə Ağsaqqallar Şurasının sədri Şərafət Əzimov, Əməkdar müəllim Mirqabil Hüseynov, Banbaşı kənd Ağsaqqallar Şurasının sədri Əli Əhmədov, Güllütəpə kənd Ağsaqqallar Şurasının sədri Məmmədəli Əlinağıyev, Musaküçə kənd Ağsaqqallar Şurasının sədri Ağamməd Nuriyev, Şura üzvləri Rafiq Bağırov, Əyyub Mehdiyev, Lürən kənd Ağsaqqallar Şurasının sədri Balakərim Yaqubov, Qarğalıq kənd Ağsaqqallar Şurasının sədri Rəbbin Kərimov çıxış etmişlər.
Masallı RİHB-nin nümayəndəsi Nazim Muradov iştirakçıları rayon rəhbəri adından salamlamış, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Şuranın həyata keçirdiyi tədbirlər barədə hesabat dinlənilmiş, “Multikulturalizmin alternativi yoxdur: Azərbaycan nümunəsi dünya ölkələrinə örnəkdir” mövzusunda da müzakirələr aparılmışdır.
Görüşü rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov yekunlaşdırmışdır.

 

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !