- İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım YENİLƏNDİ

“İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” YENİLƏNDİ

AZpress.AZ xəbər saytı məlumat verir ki, Beynəlxalq Mətbuat Mərkəzinin Mətbuat zalında “İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” mövzusunda tədbir keçirilir. Tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTD İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilib. Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış “KİV və müəllif hüquqları” adlı vəsait də paylanacaqdır.

 

***

 

Bakıda “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

 

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) Bakıda “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirib.

MİTDİB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda KİV təmsilçiləri və internet fəalları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə yardım” layihəsi çərçivəsində baş tutub.

Layihənin əlaqələndiricisi Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV təmsilçilərində, xüsusən də internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir. O deyib ki, internetin inkişafı KİV-də müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə keçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirilən layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır.

Konfransda iştirak edən CASCFEN sədri Azər Həsrət və AJN sədri Ayaz Nizamoğlu onlayn media müstəvisində müəllif hüquqlarının qorunması üçün tətbiq edilən yeni texnoloji mexanizmlər barədə məruzə ilə çıxış ediblər. “Trend” İA təmsilçisi Elçin Hüseynov, TUMİB sədri Çingiz Bayramov, “Region plus” jurnalının baş redaktoru Namiq Mailov və başqaları çıxışlarında müəllif hüquqlarının qorunmamasının peşəkar KİV-lər və jurnalistlər üçün yaratdığı problemlərdən bəhs ediblər.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb, Cənub və Şimal-Şərq bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə “KİV və müəllif hüquqları” adlı vəsait də çap edilib və jurnalistlər arasında pulsuz paylanır.

 

FOTO-reportaj: AZpress.AZ

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !