MASALLI RİH BAŞÇISININ LÜRƏN ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

MASALLI RİH BAŞÇISININ LÜRƏN ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov səyyar qəbulu 17 avqust 2016-cı il tarixdə Lürən kəndindəki orta məktəbin həyətində keçirilmişdir.
Qeyd edək ki, ərazidə orta məktəb, 1 həkim məntəqəsi və bir neçə xidmət obyektləri fəaliyyət göstərir.
Lürən inzibati ərazi dairəsinin nümayəndəliyində təşkil olunmuş görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Cənab Başşı lürənlilərin iş və həyat tərzini qiymətləndirdi, gördükləri işləri nümunə çəkdi. Bildirdi ki, rayon rəhbərliyi bundan sonra da sizin məişət və həyat tərzinin daha yüksək olmasına səy edəcək. Bütün hallarda istəyirik ki, Masallının bir parçası olan Lürən də gözəl olsun, əhalisi yaxşı yaşasın, vətənpərvər olsunlar. Belə olanda sizinlə doğmalıq tapırıq, daha yaxşı işlər görmək üçün yaxşı da fikirlər yaranır. Masallı dəyişir, kəndləri də dəyişir, Lürən kəndi də dəyişir.
Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
Əvvəlcə kənd ağsaqqalı Hacı Balakərim Yaqubov söz alıb rayonun rəhbərini salamladı. Dedi ki, Sizin yerlərdə görüşlərdə qaldırdığınız məsələlər - erkən nigah və təhsillə bağlı söhbətləriniz, bu tərbiyənin geniş izahı müsbət nəticəini verib. Hacı Balakərim ölkə Prezidentinin tapşırığına əsasən Masallıda və onun bütün kəndlərində görülən ışləri təqdir etdi.
Bildirdi ki, son illərdə Masallı təzə, müasir tikililər hesabına xeyli dəyişib gözəlləşmişdir. Bu, məni də, Masallı sakinlərini də qürurlandırır. Bayraq Meydanı, “ASAN HƏYAT” və “ASAN xidmət" kompleksi, bu silsilədəki yeni tikililər və Masallıda istifadəyə hazırlanan digər müasir binalar diqqəti cəlb edir. Masallıda görülən işlər heç vaxtı indiki kimi olmamışdı. Buna görə Sizə minnətdarıq, cənab Başçı. Son illərdə kəndimizə, Lürənə rahat yol, qaz çəkilib, həkim məntəqəsi tikilir.
Saatxan Mirzəyev çıxışında göstərdi ki, kəndin işıqları bəzi vaxtlarda söndürülür. Bu barədə mütəxəssis izahatı dinlənildi. Bildirild ki, rayonda görülən təmir işləri zamanı müəyyən vaxt fasiləsində Lürəndə işıqlar sönür. Bu proses başa çatmışdır, bu hallara son qoyulacaq.
Müəllim Rüfət Kərimov, kənd sakini Möhübbət Nurullayevin təklifləri araşdırıldı, konkret tapşırıqlar verildi.
Lürəndə tütün əkmiş bələdiyyə sədri Mərdalı Şükürov bu sahənin səmərəsindən danışıb təkliflər verdi.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov təkliflərə münasibət bildirib kənd sakinlərini mövcud torpaqlardan səmərəli istifadə etməyə çağırdı. Erkən nigahdan, uşaqların təlim-tərbiyəsindən söz açdı. Masallı rayonunun rəhbəri görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !