Biləsuvar rayonunda “Sərhəddən başlanır Vətən” adlı gənclərin əsgərlərlə görüşü təşkil olundu FOTO

18 avqust 2016-cı il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramına həsr olunmuş şənlik təşkil olundu. İlk öncə sərhədlərimizin keşiyində duran bütün əsgər, çavuş, zabit və gizirlərə peşə bayramları münasibətilə təbriklər səsləndirildi. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında Azərbaycan sərhədçilərinin yüksək peşəkarlığı bir daha qeyd edildi. Daha sonra sərhədçilərimizin də iştirakı ilə şən musiqilər səsləndirildi. Əsgərlərimizin rəqsləri ilə şənlik davam etdirildi . Sonda xatirə şəkli çəkdirildi və şənliyə yekun vuruldu.