Təmiz Kür adlı layihənin təlimləri davam edir - FOTO

“Təmiz Kür” adlı layihənin təlimləri davam edir FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində “Təmiz Kür” adı altında reallaşan təlim-seminarlar uğurla davam edir. Qloballaşan dünyanın qabaqcıl problemlərindən biri olan daxili suların təhlükəsizliyi və təmizlənməsi ölkəmiz üçün də proritet məsələdir. Bu amil bu sulardan istifadə edən xüsusilə də Mingəçevirin əsas su mənbələrindən biri olan Kür çayının ətrafında yaşayan insan həyatının sağlamlığı üçün vacib şərtdir. Layihənin əsas məqsədinə uyğun olaraq təşkil olunan təlimlərdə gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrinin artırılmasına, daxili suların və Kür çayının sahilyanı hövzəsinin təmizliyinə, ekoloji maarifləndirilməsinə və iştirakçılarda ekoloji mədəniyyətin formalaşdırılmasına diqqət yetirilir.
Layihə rəhbəri Vüsal Mahmudov onu da qeyd edib ki, layihə çərçivəsində sonda “Təmiz Kür” adı altında təşkil olunacaq ekoloji təmizlik aksiyasında gənclər gənclər yaxından iştirak edəcək və bu kimi görüşlər davamlı olaraq təşkil olunacaq.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !