Masallıda Vətən bizim qəlbimizdir mövzusunda tədbir keçirilib - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallıda “ Vətən bizim qəlbimizdir” mövzusunda tədbir keçirilib FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Bu gün, 23 avqust 2016 -cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 23 - cü ildönümü ilə əlaqədar olaraq “Vətən bizim qəlbimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri giriş sözü ilə açaraq bildirdi ki , 1993-cü ilin avqustunda cəbhənin bütün istiqamətlərində əks hücuma keçən ermənilər Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizədən yararlanıb, Füzuli şəhərini işğal etdilər. Ölkə daxilində separatçı qüvvələrin fəallığı, ordunun həddən artıq siyasiləşərək müxtəlif partiyaların və siyasi qrupların mənafeyinə xidmət etməsi Füzuli və Cəbrayıl rayonlarının da düşmən əlinə keçməsini sürətləndirdi. Vahid hərbi əməliyyat planına malik olmayan Azərbaycan ordusu xarici qüvvələr tərəfindən gücləndirilmiş Ermənistan ordusunun hücumlarına tab gətirmədi. Bu işdə cəbhə bölgələrində müxtəlif siyasi qüvvələrin təxribatçı hərəkətləri də az rol oynamadı. Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olundu. Amansız düşmənlə üz-üzə müdafiəsiz vəziyyətdə qalmış əhali öz doğma ev-eşiyini tərk etməyə məcbur oldu. Bu rayonların müdafiəsi zamanı xalqımızın yüzlərlə igid oğlu qəhrəmanlıqla şəhid oldu. Bizim güclü və hər an düşmənə layiqli cavab verməyə hazır olan ordumuz olduğunu bildirən Camal Manafov aprel ayının əvvəlində qoşunların təmas xəttində təxribat törətməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinə qarşı ordumuzun uğurlu əks-hücum əməliyyatı keçirdiyini və bu əməliyyat nəticəsində bəzi ərazilərin işğaldan azad edildiyini diqqətə çatdırdı. Sonda rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov qeyd etdi ki, biz inanırıq ki, cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Azərbaycanın işğal altında olan torpaqları erməni işğalçılarından azad ediləcək, köçkün düşmüş qardaş və bacılarımız öz doğma el-obalarına qayıdacaqlar. Bu günün elə də uzaqda olmadığı diqqətə çatdırıldı.

Tədbirdə Masallı rayon Ehtiyyatda Olan Zabitlər Konfederasiyasının sədr müavini, müharibə veteranı Camaləddin Məmmədov, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi Əflatun Qurbanov, Yeddioymaq 1 saylı tam orta məktəbin tarix müəllimi Məhərrəm Nəsirov çıxış edərək, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı törətdikləri qanlı cinayətlərdən, canlarını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən söhbət açaraq bildirmişdir ki, biz hər an əldə silah vətənin keşiyində dayanmağa, Azərbaycanın işğal olunmuş torpaqlarını erməni işğalçılarından azad etməyə hazırıq.
Daha sonra tədbirdə Masallı rayonunda məskunlaşmış Şuşa şəhərindən olan məcburi köçkün, Digah 4 saylı tam orta məktəbin hərbi müəllimi Rafiq Abbasov bütün bu olanların canlı şahidi kimi çox ürək ağrısı ilə danışmış və xalqımızın başına gətirilən müsibətlərin heç vaxt yadından çıxmayacağını bildirmişdir .
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış Füzuli və Cəbrayıl rayonları ilə bağlı buraşuralar paylanılıb.

 

AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !