Masallı turizm məkanlarında konsert proqramları - FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Masallı turizm məkanlarında konsert proqramları FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Yay mövsümü davam edir. Belə günlər cənubun mirvarisi Masallı rayonunda da şən və maraqlı keçir. Bu yerlərə qonaq olan bir daha gəlib qalmaq istəyir. Cənub qonaqpərvərliyi isə dillərdə əzbərdir...
Mövsümlə əlaqədar Masallı rayonundakı turizm obyektlərində və istirahət məkanlarında Mədəniyyət və Turizm şöbəsi tərəfindən tez-tez mədəni-kütləvi tədbirlər həyata keçirilir. Mədəniyyəıt ocağının kollektivi belə tədbirlərdən birini də bu yaxınlarda həyata keçirmişdir. Belə ki, N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin “Təravət” instrumental ansamblı, Mahmudavar kəndinin məşhur "Halay" xalq folklor kollektivi, Heydər Əliyev Mərkəzinin uşaq rəqs kollektivinin iştirakı ilə hazırlanmış musiqi nömrələri təşkil etmişlər. Masallının mədəniyyət işçiləri əsasən İstisu, Dəştvənd,Gilavar, Viləş otel, Qamo və digər turizm obyektlərində turistlər qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər. Bu da gələn turistlərin daha yaxşı istirahətinə və onların vaxtlarının şən və maraqlı, mənalı, yaddaqalan olmasına stimul olmuşdur. Turistlərə Masallının təbiəti və göz doymayan görməli yerləri, həmçinin, konsert proqramı xoş anlar yaşadıb...
Qeyd edək ki, rayon mərkəzi kitabxanası İstisu, Dəştvənd,Gilavar, Viləş otel, Qamo və digər turizm obyektlərində kitab sərgisi də təşkil etmişdir.
Bu da gələn turistlərin daha yaxşı istirahətinə və onların vaxtlarının şən, maraqlı keçməsinə şərait yaratmışdır.

 


AZpress.AZ -ın
MASALLI
müxbiri.
Əlihüseyn Ş Ü K Ü R O V.  

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !